Bankların yeni kələyi - əhalini belə soyurlar
11 Dekabr 2025, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
504
27.05.2025, 18:15
Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdan keçib, İranın ölkəyə investisiya qoyuşuşu 5 milyard ABŞ dollarını keçib.
Oxu24.com xəbər verir ki, bunu İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Arşadi Bakıda "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda keçirilən beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında investisiyaların təşviqi və qorunmasından enerji, nəqliyyat, gömrük əməkdaşlığı, turizm və digər sahələrə qədər əsas istiqamətləri əhatə edən təxminən 30 dövlətlərarası saziş imzalanıb.
"Münasibətlərimiz bir çox istiqamətlərdə inkişaf edir və bu gün müsbət dinamika nümayiş etdirir. Buna həm regional, həm də qlobal amillər kömək edir. Ümumi coğrafiya, xalqların yaxınlığı, həmçinin tarixi və dini əlaqələr uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl yaradır", - H. Arşadi qeyd edib.
Həmçinin oxuyun
O vurğulayıb ki, ölkələr arasında ticarət, investisiya, nəqliyyat, neft-qaz sənayesi, energetika, kənd təsərrüfatı və iqtisadiyyatın digər sektorlarında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur: "Yaxın qonşuluq, ümumi coğrafiya, həmçinin xalqlar arasında tarixi və dini əlaqələr aramızda daimi münasibətləri zəruri edib. Məhz bunun nəticəsində Azərbaycan və İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir. Belə ki, 2024-cü ildə onun həcmi 647 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 33 % çoxdur".
Onun sözlərinə görə, Bakı və Tehran qarşılarına iddialı bir məqsəd qoyub - növbəti beş il ərzində illik ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq istəyir: "Mövcud artım tempi və həyata keçirilən layihələr bu məqsədə çatmaq üçün zəmin yaradır".
15:08 / 13 Dekabr 2025
1
14:50 / 13 Dekabr 2025
23
14:38 / 13 Dekabr 2025
37
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
40
14:12 / 13 Dekabr 2025
131
13:14 / 13 Dekabr 2025
486
13:07 / 13 Dekabr 2025
246
12:58 / 13 Dekabr 2025
148
12:16 / 13 Dekabr 2025
895
12:08 / 13 Dekabr 2025
101
11:44 / 13 Dekabr 2025
73
11:30 / 13 Dekabr 2025
85
11:09 / 13 Dekabr 2025
889
11:07 / 13 Dekabr 2025
392
10:25 / 13 Dekabr 2025
1087
09:15 / 13 Dekabr 2025
866
09:06 / 13 Dekabr 2025
644
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1105
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
681
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.