Sahil Babayev tapşırıqlar verdi -FOTOLAR
20 Noyabr 2026, 13:59
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
345
04.10.2024, 14:29
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək".
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar.
"Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər".
Deputat qeyd edib ki, müraciət zamanı şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti, əmək kitabçasının surəti, valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı tələb olunur:
"Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur".
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.