LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı
25 Noyabr 2026, 22:56
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
336
23.05.2024, 15:42
Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadaları başa çatıb. Ümumilikdə 62 mindən çox şagirdin qeydiyyatdan keçdiyi olimpiadalar 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar.
24 fevral 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu turda ümumilikdə 10 997 şagird iştirak etmək hüququ qazanıb. 28 aprel-7 may 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən final turunda isə bu mərhələyə qatılan 1000-ə yaxın şagirddən 490 nəfəri qalib olub. Olimpiadanın nəticələri portal.edu.az platforması üzərindən elan edilib.
Təhsilə dəstək Kapital Bank-ın strateji planının bir hissəsidir. Məktəblilərin motivasiyası bu istiqamətdə xüsusi yer tutur. Bank bu kimi layihələrə dəstək olmaqla istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməyi hədəfləyir. Artıq 7-ci təhsil ilidir bu layihəyə sponsorluq edən Kapital Bank-ın məqsədi şagirdləri ali təhsil almağa motivasiya etmək və uğurlu təhsil həyatının ardından onları əmək bazarına peşəkar mütəxəssis olaraq qazandırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc .
02:09 / 26 Noyabr 2026
1
01:29 / 26 Noyabr 2026
93
01:13 / 26 Noyabr 2026
69
00:47 / 26 Noyabr 2026
89
00:33 / 26 Noyabr 2026
95
00:30 / 26 Noyabr 2026
99
00:19 / 26 Noyabr 2026
109
00:04 / 26 Noyabr 2026
112
00:02 / 26 Noyabr 2026
194
23:45 / 25 Noyabr 2026
105
23:44 / 25 Noyabr 2026
109
23:35 / 25 Noyabr 2026
200
23:29 / 25 Noyabr 2026
106
23:14 / 25 Noyabr 2026
134
23:12 / 25 Noyabr 2026
579
23:05 / 25 Noyabr 2026
115
22:56 / 25 Noyabr 2026
126
22:52 / 25 Noyabr 2026
121
22:45 / 25 Noyabr 2026
158
22:32 / 25 Noyabr 2026
120
22:26 / 25 Noyabr 2026
188
22:16 / 25 Noyabr 2026
147
22:12 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.