Qaynar xətt:

(+99450) 247 90 86

Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirildi

Qiymətlərə təsir edən əsas amillər müəyyənləşdirildi

İQTİSADİYYAT

238

23.05.2024, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmayıb.

Oxu24.com xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, qlobal miqyasda, o cümlədən əsas xarici ticarət tərəfdaşlarında ikirəqəmli inflyasiyanın birrəqəmli inflyasiya ilə əvəzlənməsi ölkə daxilində qiymət artımının zəifləməsinə öz töhfəsini verib, manatın nominal effektiv məzənnəsi qiymət artımını azaldan əsas amillərdən olub. 2023-cü ildə istehlak qiymətləri indeksi əvvəlki ilə nisbətən 8,8% artıb ki, bu da yenidən baxılma zamanı proqnozlaşdırılmış göstəricidən 1,6 faiz bəndi, 2023-cü il üzrə dəqiqləşdirilmiş göstəricidən isə 0,7 faiz bəndi azdır. Əvvəlki illə müqayisədə orta illik inflyasiyada zəifləmə müşahidə edilib, bu, həm idxal olunan mallar üzrə qiymət artımının zəifləməsi, həm də əvvəlki illərdə qeydə alınan yüksək qiymət artımının təsirinin aradan qalxması ilə əlaqəli olub.

Baxılan dövrün 5 ayında deflyasiya qeydə alınıb, aylıq ifadədə maksimum bahalaşma 1,5% olub. Mal və xidmətlərin qiymətləri il ərzində hər ay orta hesabla 0,2% (əvvəlki ildə analoji göstərici 1,1%) yüksəlib. İstehlak səbətinin bütün qrupları üzrə birrəqəmli artım izlənib.

Xatırladaq ki, Hesablama Palatasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Rəyində 2023-cü ilin sonuna faktiki inflyasiyanın təqdim olunan inflyasiya gözləntisi ətrafında olacağı şərh edilmişdi. Bazis inflyasiyası 2023-cü ildə orta illik ifadədə 8,8% olub ki, bu da qiymət artımında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının rolunun olmadığını göstərir. Baxılan dövrdə istehsalçı qiymət indekslərinin də artım tempinin zəifləməsi müşahidə edilib. Belə ki, orta illik qiymət artımı idxal olunan məhsullar üzrə 16,7%-ə (ötən il 22,2%), kənd təsərrüfatı məhsulları üzrə 8,1%-ə (ötən il 15,9%), poçt və kuryer xidmətləri üzrə 1,1%-ə (ötən il 50,7%) enib. Əsas ticarət tərəfdaşlarının inflyasiya göstəricilərinin təhlili hesabat ilində bu ölkələrdə dəbahalaşma templərində azalmanın qeydə alındığını göstərib.

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

181

0
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

72

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

92

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

137

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

99

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

126

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

78

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

83

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

76

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

160

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

80

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

87

0