Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109721
az

"Rəqəmlər hədəflərlə üst-üstə düşməyib" - Tahir Mirkişili

14:4723 May, 2024
62
İQTİSADİYYAT
  • A

“Düşünürəm ki, bütün qeyd olunan rəqəmlər, müəyyənləşən hədəflər daha əvvəl qəbul edilən dövlət sənədlərindəki hədəflərlə uyğun olmalı və ya buna uyğunlaşdırılmalıdır”. 

Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitədə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Məsələn, 2022-2026-cı il dövlət sosial-iqtisadi strategiyasında aqrar sektorda yaradılan dəyərin hər il 4 % olması, nəqliyyat sektorunda isə orta illik artımın 5 %-i üstələyəcəyi qeyd olunub. Amma 2023-cü ildə nə aqrar sektorda, nə də nəqliyyat sektorunda qeyd olunan rəqəmlər bu hədəflərlə üst-üstə düşüb. Bundan əlavə, strategiyada ortamüddətli hədəf kimi 2022-2026-cı illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnozları faktiki və proqnoz göstəriciləri arasındakı fərqin 5 % endirilməsi müəyyən olunub. Lakin 2023-cü ildə qeyri-neft sektoru üzrə gəlirlərin artım hissəsi 1 milyard 130 milyon manat təmin olunub ki, bu da fərqdə 7 %-dir. Hesab edirəm ki, hər iki rəqəmin gələcəkdə planlaşdırma zamanı müəyyən olunmasına diqqət yetirilməsi vacibdir” ,- deyə komitə sədri vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Strateji valyuta ehtiyatlarımız 70 milyard dollara çatıb
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı
Azərbaycan nefti ucuzlaşdı

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Kişi küçədə rus qadına təcavüz edib
Moskvada nə baş verib? (VİDEO)
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Qaraciyərin Öldüyünü Göstərən 9 Əlamət! AYAQLARA DİQQƏT
Mənzildən 23 yaşlı gəncin meyiti tapıldı