İqtisadiyyatın mürəkkəbləşdirilməsi necə mümkün olacaq? – İqtisadçıdan AÇIQLAMA
18 Sentyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
389
26.03.2024, 17:49
Biz Çin şirkətləri ilə birgə Azərbaycanda istehsal bazası yaratmaq istərdik.
OXU24.COM Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Global Times"a müsahibəsində deyib.
"Hazırda biz Çindən elektrobuslar və digər avadanlıqlar alırıq. Çin şirkətləri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda istehsal bazası yaratmaq istərdik", - o bildirib.
H.Hacıyev qeyd edib ki, davamlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərində rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli prioritetdir.
"Biz "yaşıl" iqtisadiyyata keçid proqramımızda Çini tərəfdaş kimi qəbul edirik. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji mənbələri üçün istehsal xətlərinin quraşdırılmasını xahiş edirik. Çində elektromobil istehsalı sənayenin aparıcı sahələrindən biridir", - deyə o vurğulayıb.
O, həmçinin, Çin şirkətlərinin Azərbaycanda daha çox olmasını arzuladıqlarını qeyd edib.
"Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin biz daha çoxunu gözləyirik, çünki Azərbaycan "yaşıl" inkişafa doğru gedir", - o əlavə edib.
00:55 / 19 Sentyabr 2026
36
23:59 / 18 Sentyabr 2026
73
23:49 / 18 Sentyabr 2026
58
23:37 / 18 Sentyabr 2026
57
23:19 / 18 Sentyabr 2026
197
23:02 / 18 Sentyabr 2026
85
22:45 / 18 Sentyabr 2026
93
22:29 / 18 Sentyabr 2026
185
22:17 / 18 Sentyabr 2026
65
22:05 / 18 Sentyabr 2026
99
21:56 / 18 Sentyabr 2026
91
21:52 / 18 Sentyabr 2026
80
21:31 / 18 Sentyabr 2026
95
21:20 / 18 Sentyabr 2026
85
21:19 / 18 Sentyabr 2026
83
21:08 / 18 Sentyabr 2026
102
20:58 / 18 Sentyabr 2026
173
20:49 / 18 Sentyabr 2026
371
20:47 / 18 Sentyabr 2026
87
20:44 / 18 Sentyabr 2026
70
20:29 / 18 Sentyabr 2026
72
20:27 / 18 Sentyabr 2026
1804
20:24 / 18 Sentyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.