"Bizi necə çətin oyun gözlədiyini bilirdik. Rəqibimiz ərazi üstünlüyünə malik idi. Biz isə onlara çox da qol epizodu vermirdik".
Bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la keçirilən oyundan (0:1) sonra deyib.
Təcrübəli müdafiəçi məğlubiyyəti şərh edərkən bilsdirib ki, rəqibin ustalıq səviyyəsi öz sözünü dedi:
"Müdafiədə sıx oynasaq da, rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Biz isə rəqibin səhvlərindən yararlanmağa çalışırdıq. İki yaxşı qol imkanımız oldu. Donald Gerye və Araz Abdullayev fərqlənə bilərdi. Məncə, gücümüz çatan qədər mübarizə apardıq".
R.Sadıqov matçın əsas vaxtın əlavə olunmuş dəqiqələrdə baş verən erməni təxribatına da münasibət bildirib. O, meydana qaçan təxribatçının əlindəki separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını almaq istədiyini vurğulayıb: "Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik. (qol.az)
Oxu24.com
ŞƏRHLƏR