Qaynar xətt:

(+99450) 247 90 86

Güləşçimiz ermənini udub qızıl medal qazanıb

Güləşçimiz ermənini udub qızıl medal qazanıb

İDMAN

2959

01.05.2021, 14:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.

 

Federasiyadan  verilən məlumata görə, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.