Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi

SON DƏQİQƏ! Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi

İDMAN

4986

02.01.2021, 21:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov finalda ilk görüşlərini keçirib.

OXU24.COM  xəbər verir ki, 33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. İlk üç qarşılaşma heç-heçə ilə bitib. Sonuncu, dördüncü görüşdə qələbə qazanan T. Rəcəbov 2,5-1,5 hesabı ilə ilk final gününün qalibi olub.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.