Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" məşqləri dayandırdı - Koronovirusa görə

\\\"Qarabağ\\\" məşqləri dayandırdı - Koronovirusa görə

İDMAN

1128

04.03.2020, 12:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qarabağ" klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

Oxu24.com -un  klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb. Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 

Qeyd edək ki, daha əvvəl AFFA bütün aşağı yaş qrupları üzrə liqalarda oyunları, "Neftçi" isə uşaq komandalarının məşqlərini ləğv edib.