Nazirlər “Sabah” - “Barselona” oyununda - FOTO
26 Noyabr 2026, 00:02
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
55
26.11.2026, 00:30
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçda rəqibin itirəcəyi heç nə olmadığını bildirib.
Oxu24.com xəbər verir ki, almaniyalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qarşılaşmanın maraqlı keçdiyini və nəticədən razı qaldığını bildirib:
"Belə oyunlarda qalib gəlmək heç də asan deyil. Xüsusilə ona görə ki, ‘Sabah"ın itirəcəyi heç nə yox idi. Onlar yalnız sürpriz edə bilərdilər. Düşünürəm ki, matç ərzində topa sahibolma göstəricimiz 70 faizdən çox idi".
Flik komandasının yol verdiyi səhvlərdən narazı qaldığını da vurğulayıb:
"Narazı qaldığım yeganə məqam yol verdiyimiz səhvlərdir. Bunlar sadə səhvlər idi və belə halların qarşısını almalıyıq. İkinci hissədə qapımızda gördüyümüz qol da səhvdən qaynaqlandı. Bu, oynamaq istədiyimiz futbol deyil. Həmin çatışmazlıqları aradan qaldırmalıyıq".
Baş məşqçi ikinci hissənin əvvəlində komandasının yüksək intensivlik nümayiş etdirməsini və qısa müddətdə ardıcıl üç qol vurmasını müsbət məqam kimi qiymətləndirib.
Hans-Diter Flik "Sabah" kollektivi barədə müsbət fikirlər səsləndirib:
"Xüsusilə "Sabah" haqqında danışmaq istərdim. Onlar dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında çıxış edirlər və yaxşı iş ortaya qoyurlar. Baş məşqçinin topla oyuna dair aydın fəlsəfəsi var. Komanda yaxşı və cəsarətli futbol nümayiş etdirir. Bəzi məqamlarda bizə çətin anlar yaşatdılar. Burada üç xal qazanmağımıza görə çox şadam. "Sabah"a və klubda çalışan hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, daim inkişaf etmək çox vacibdir. Burada gördüklərimdən belə qənaətə gəlirəm ki, onlar bu istiqamətdə çox yaxşı iş görüblər".
Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
00:47 / 26 Noyabr 2026
1
00:33 / 26 Noyabr 2026
52
00:19 / 26 Noyabr 2026
77
00:04 / 26 Noyabr 2026
91
00:02 / 26 Noyabr 2026
142
23:45 / 25 Noyabr 2026
83
23:44 / 25 Noyabr 2026
88
23:35 / 25 Noyabr 2026
187
23:29 / 25 Noyabr 2026
89
23:14 / 25 Noyabr 2026
118
23:12 / 25 Noyabr 2026
506
23:05 / 25 Noyabr 2026
98
22:56 / 25 Noyabr 2026
111
22:52 / 25 Noyabr 2026
108
22:45 / 25 Noyabr 2026
143
22:32 / 25 Noyabr 2026
111
22:26 / 25 Noyabr 2026
179
22:16 / 25 Noyabr 2026
138
22:12 / 25 Noyabr 2026
110
22:03 / 25 Noyabr 2026
141
21:38 / 25 Noyabr 2026
131
21:34 / 25 Noyabr 2026
140
21:34 / 25 Noyabr 2026
196
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.