Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
768
23.01.2026, 23:42
“Zirə” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.
Oxu24.com xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Səfərdə “Neftçi”yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi.
- Qışaqədərki “Neftçi”yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə?
- Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün “Neftçi” aqressiv pressinq tətbiq edirdi. Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi.
- Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsi ona nə dərəcədə təsir edəcək?
- Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi.
- Adətən, komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir. Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca, seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında oynayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara... Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil.
- “Zirə” bu gün meydana qələbə üçün çıxmışdı, yoxsa heç-heçə üçün?
- “Zirə” qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib “Neftçi”dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna hazırlasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil.
- Üçüncü pillə sizi razı salır?
- Bəli, razı salır.
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.