“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
15 Noyabr 2026, 01:35
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
667
08.12.2025, 22:22
“İdmançıya dəyər verilmir” dedikdə bəzilər elə bilir ki, mən maddiyyatı nəzərdə tuturam, amma hər şey pul deyil. Dərmanla bağlı açıqlamamdan sonra istər Azərbaycan, istər ABŞ, istərsə də digər ölkələrdən nə qədər adam yazıb ki, dərman alıb göndərək, həkimlər pulsuz müalicə təklif ediblər. İzah etmişəm ki, dərman məsələsi çoxdan olub, açıqlamanı indi vermişəm. Allaha şükür, pulum var, ala bilərəm, dostlarım da dəstək olar. Sadəcə, bu, federasiyanın idmançıya etməli olduğu işdir”.
Bu sözləri Globalinfo.az-a 5 qat dünya, 11 qat Avropa çempionu tanınmış karateçi Rafael Ağayev deyib.
Onun fikrincə, federasiyada ciddi problemlər var:
“Mənim orada vəzifəyə gəlməyimlə dünya çempionu yetişməyəcək. Hətta 5 Rafael Ağayev də gəlsə, iş düzəlməyəcək. Orada köklü təmizlənmə getməlidir. Məsələn, Avropa çempionatında bir uşaq uduzanda onu kənara atırlar. Nə qədər rayon uşaqları var, onlara dəstək olmaq, kirayə haqqını ödəmək, üzərində işləmək lazımdır ki, sabah bir idmançımız zədə alanda onu həmin şəxsin yerinə qoymaq mümkün olsun”.
Rafael Ağayev başqa ölkəyə gedib-getməyəcəyi məsələsinə də aydınlıq gətirib:
“Son iki ayda təkliflər olub. Avropadan, digər ölkələrdən təkliflər alıram. Sonuncu dəfə dünyada top beşlikdə olan İordaniya komandasına baş məşqçi kimi dəvət almışam. Lakin hələ ki təklifləri qəbul etmirəm. Gözləyirəm, görək, nəsə dəyişəcəkmi. Dəyişməsə də, Allah kərimdir”.
Xatırladaq ki, Rafael Ağayevin Azərbaycan Karate Federasiyası ilə yaşadığı gərginliklə bağlı açıqlaması böyük rezonans yaradıb. O bildirib ki, federasiya idmançıların sözünü boğur, çıxışlarını və haqlı tələblərini nəzərə almır. Ağayev zədələrə baxmayaraq yarışlara çıxmalı olduğunu, müalicə üçün lazım olan dəstəyi tələb edərkən isə “Sən bizi bezdirmisən” cavabını aldığını açıqlayıb. Həmçinin qazanılan mükafat pullarının paylaşılmasını tənqid edib və idmançıların hazırlıq prosesi zamanı dəstək görmədiyini vurğulayıb.
İddialarla bağlı Azərbaycan Karate Federasiyasının mövqeyini dərc etməyə hazırıq.
17:16 / 15 Noyabr 2026
1
17:12 / 15 Noyabr 2026
66
17:09 / 15 Noyabr 2026
27
15:50 / 15 Noyabr 2026
67
15:25 / 15 Noyabr 2026
77
15:15 / 15 Noyabr 2026
88
14:47 / 15 Noyabr 2026
148
14:34 / 15 Noyabr 2026
288
14:25 / 15 Noyabr 2026
131
14:19 / 15 Noyabr 2026
105
14:02 / 15 Noyabr 2026
421
13:27 / 15 Noyabr 2026
319
12:55 / 15 Noyabr 2026
1576
12:36 / 15 Noyabr 2026
368
12:28 / 15 Noyabr 2026
162
12:11 / 15 Noyabr 2026
142
11:52 / 15 Noyabr 2026
216
11:43 / 15 Noyabr 2026
142
11:29 / 15 Noyabr 2026
160
11:20 / 15 Noyabr 2026
137
11:20 / 15 Noyabr 2026
146
11:10 / 15 Noyabr 2026
141
11:07 / 15 Noyabr 2026
889
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.