Qaynar xətt:

(+99450) 247 90 86

Bank işçisi klub rəhbəri oldu

2019-05/1559301898_azerreyl.jpg

İDMAN

1034

31.05.2019, 15:24

\"\"  Azərreyl Voleybol Klubunun prezidenti Elşən Əfəndiyev vəzifəsindən azad edilib.
  Oxu24.com xəbər verir ki, Azərreyl Voleybol Klubunun yeni prezidenti Fərid Nadir oğlu Xəlilovdur.   24 may 1983-cü ildə Bakı şəhərində anadan olan Fərid Xəlilov, 2000-2004 –cü illərdə bakalavr, 2005-2007-ci illərdə isə magistratura üzrə  təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarında Maliyyə Departamentinin rəhbəri vəzifəsində çalışıb.   Daha sonra isə Formula 1 qran-prisində Kommersiya Departamentinin, Unibankda Maliyyə Planlaşdırma Departamentinin və PDM Group Holdinqdə İnkişaf üzrə rəhbər vəzifələrində çalışıb. 2019-cu il may ayından Azərreyl Voleybol Klubunun Prezidenti vəzifəsini icra etməkdədir.