Azərbaycan oxatanları Gürcüstandakı turnirdə 7 medal qazanıblar
27 Avqust 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
778
17.12.2024, 12:50
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandasının heyətinin yenilənməyə ehtiyacı olduğu ilə bağlı sualı cavablayıb.
Oxu24.com xəbər verir ki, təcrübəli çalışdırıcı bəzi futbolçuların artıq yorulduğu ilə bağlı deyilənlərdən danışıb.
O, bu cür halların futbolda baş verdiyini bildirib: “Bu futbolda rast gəlinən təcrübədir. Uğurdan deyil, uzun illərin yorğunluğu olur. Hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəlincə, biz futbolçuların gəlməsinə çalışırıq, yeni oyunçuların olmasına can atırıq. Yaşlı futbolçulara gəlincə, onlar bəzən digərlərinə nümunə olur. Bizim komandada Ansi Aqolli var idi. Onun bir dəfə olsun istəksiz məşqə çıxdığını görmədim. İndiki heyətdə Abdullah Zubiri misal çəkmək olar. 6 ildir ki, komandadadır, heç zaman intizamsızlıq etməyib. Aşağı motivasiya ilə məşq etsin. Ona görə də “Qarabağ”ın əvəzedilməz oyunçusuna çevrilib. Riçard Almeydanı da daim misal çəkmişəm. Bu cür yaşlı futbolçular motivasiyadır.
Digərləri onlara baxıb utanırlar. Bu gün desəm ki, futbolçuların hamısın dəyişməliyik, yanlış olar. Bəzən hansısa oyunçu bir matçda formasından uzaq olur, bu da normaldır. Bu həmin oyunçulardır ki, ötən il, ondan qabaqkı il böyük klublara qarşı yaxşı mübarizə aparıblar, cəsarətli oyun göstəriblər. İlboyu eyni şeyləri təkrarlamaq futbolçuları yora bilər. Bir neçə turnirdə mübarizə aparırıq və daim eyni səviyyədə qalmaq mümkün deyil.
Nə gizlədim bəzən özümdə də bu cür yorğunluq olur. Özümü istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Siz məni daimi təmkinli görmüsüz, amma bəzən mən də səbrimi saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gəlir. Bu bizim işimizin bir hissəsidir və buna alışmalıyıq. Bəzən bir-iki illik uğursuzluqdan sonra növbəti illərdə daha böyük uğurlar qazanırıq. Hər il eyni uğuru əldə etmək çətindir”.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.