Qaynar xətt:

(+99450) 247 90 86

“İnter” “Latsio”nu darmadağın etdi

“İnter” “Latsio”nu     darmadağın      etdi

İDMAN

266

17.12.2024, 10:40

İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.

Oxu24.com ” xəbər verir ki, son gündə bir oyun baş tutub.

“İnter” səfərdə “Latsio”nu darmadağın edib - 0:6.

Oyunda hesab 41-ci dəqiqədə açılıb. “İnter”in türkiyəli ulduzu Hakan Çalhanoğlu penaltidən fərqlənib.

Digər qolları Federiko Dimarko, Nikolo Barella, Denzel Dumfris, Karlos Auqusto və Markus Tyuram vurub.

Qeyd edək ki, A Seriyasının turnir cədvəlində “İnter” 34 xalla 3-cü yerdədir. “Latsio” isə 31 xalla 5-ci yerdə qərarlaşıb.