Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyə yığması bu gün İslandiya ilə qarşılaşacaq

İDMAN

123

09.09.2024, 13:51

Türkiyə yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Oxu24.com xəbər verir ki, Vinçentso Montellanın rəhbərlik etdiyi komanda B Divizionunun ikinci matçında doğma meydanda İslandiya seçməsini qəbul edəcək. İzmir şəhərində baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

İlk görüşdə Uelslə qolsuz heç-heçə edən “ay-ulduzlular” 1 xalla ikinci, İslandiya isə 3 xalla birinci pillədə qərarlaşıb.