Qaynar xətt:

(+99450) 247 90 86

Diabi Səudiyyə Ərəbistanına gedir

Diabi Səudiyyə Ərəbistanına gedir

İDMAN

300

22.07.2024, 11:44

Fransa millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.

Oxu24.com xəbər verir ki, “Əl-İttihad” transfer üçün artıq “Aston Villa” ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi Diabiyə görə "Aston Villa"ya 60 milyon avro + bonuslar ödəyəcək. Futbolçunun özü isə "Əl-İttihad"la 5 illik müqavilə imzalamağa razılıq verib.

Mussa Diabi əvvəllər "Bayer", "Krotone" və PSJ-də çıxış edib. Keçən mövsüm Premyer Liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 qolun ötürməsini verib.