Rafael Fiziyev ilk onluğa QAYITDI
08 Sentyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
321
18.07.2024, 14:44
“Menecerim Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan təklifi dəyərləndirdim”.
Oxu24.com xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni transferi Bernardu Diaş klubun rəsmi saytına açıqlamasında deyib.
Bir həftədir Naxçıvan təmsilçisinin düşərgəsində olan portuqaliyalı hücumameyilli yarımmüdafiəçi çox yaxşı, intizama riayət edən komandaya gəldiyini bildirib: “Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də maksimum çalışmalıyıq”.
27 yaşlı vinger Azərbaycan və ölkə çempionatı barədə müəyyən məlumatlara sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini söyləyib: “Əlbəttə, təklifə “hə” dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdi. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.
Türkiyənin Əruzum şəhərində davam edən təlim-məşq toplanışını da dəyərləndirən futbolçu Superliqa təmsilçisi “Alanyaspor”la 1:1 hesablı heç-heçə ilə başa çatan yoxlama oyununu da şərh edib: “Görüş yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da var idi. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.
Qeyd edək ki, Bernardu Diaş “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.
13:28 / 10 Sentyabr 2026
6
13:23 / 10 Sentyabr 2026
17
13:17 / 10 Sentyabr 2026
26
13:12 / 10 Sentyabr 2026
31
13:01 / 10 Sentyabr 2026
66
13:01 / 10 Sentyabr 2026
45
12:56 / 10 Sentyabr 2026
43
12:47 / 10 Sentyabr 2026
46
12:41 / 10 Sentyabr 2026
43
12:41 / 10 Sentyabr 2026
48
12:35 / 10 Sentyabr 2026
53
12:31 / 10 Sentyabr 2026
60
12:30 / 10 Sentyabr 2026
64
12:28 / 10 Sentyabr 2026
80
12:27 / 10 Sentyabr 2026
422
12:21 / 10 Sentyabr 2026
56
12:20 / 10 Sentyabr 2026
60
12:07 / 10 Sentyabr 2026
65
11:52 / 10 Sentyabr 2026
65
11:41 / 10 Sentyabr 2026
68
11:35 / 10 Sentyabr 2026
61
11:27 / 10 Sentyabr 2026
68
11:23 / 10 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.