Rafael Fiziyev ilk onluğa QAYITDI
08 Sentyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
235
10.06.2024, 12:00
“Qarabağ” yay transfer pəncərəsində ilk transferini reallaşdırmaq üzrədir. Ağdam klubu uzun sürən axtarışdan və danışıqlardan sonra arzuladığı qapıçını tapıb.
Oxu24.com Futbolinfo.az-a xəbər verir ki, müqavilə müddətini uzatmaqdan imtina edilən Andrey Lunyovu xorvat qolkiper əvəz edəcək. Portuqaliyanın “Vizela” klubundan transfer edilən Fiabian Buntiç bu gün Bakıya gələcək. 27 yaşlı oyunçu tibbi müayinədən uğurla keçsə, onunla 3 illik müqavilə bağlanacaq.
Müqavilənin bütün detalları bəlli deyil. Transfer dəyəri 600 min avro göstərilən oyunçu üçün “Qarabağ”ın nə qədər ödədiyi bilinmir. Bununla belə, qolkiper üçün xərcə düşüldüyü dəqiqdir. Çünki onun klubu ilə gələn ilin yayında bitəcək müqaviləsi var idi.
Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu komandanın U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabian, 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan Buntiçin Xorvatiyanın U-18 və U-19 millilərində çıxış etdiyini də xatırladaq.
Heyətindəki bir çox legionerləri məhz Portuqaliyadan gətirən “Qarabağ”ın bu seçimi hardasa gözlənilirdi. Amma Buntiçin yüksək liqanı 18 komanda arasında 17-ci olaraq tərk edən “Vizela”dan gəldiyini də unutmayaq. Sirli qutu olan Fabianın etimadı doğruldacağına ümid edirik.
“Qarabağ” daha bir qapıçı axtarışındadır. Gürcüstan millisi ilə Avropa çempionatına yollanan Luka Quqeşaşvili də ağdamlılardan ayrılmaq istəyir.
Xatırladaq ki, Ağdam təmsilçinin əsas qapıçısı Andrey Lunyov "Qarabağ"la yollarını ayırıb.
23:14 / 10 Sentyabr 2026
373
23:08 / 10 Sentyabr 2026
78
23:03 / 10 Sentyabr 2026
88
23:00 / 10 Sentyabr 2026
63
22:53 / 10 Sentyabr 2026
65
22:44 / 10 Sentyabr 2026
75
22:40 / 10 Sentyabr 2026
2113
22:36 / 10 Sentyabr 2026
68
22:28 / 10 Sentyabr 2026
67
22:20 / 10 Sentyabr 2026
72
21:54 / 10 Sentyabr 2026
288
21:50 / 10 Sentyabr 2026
70
21:35 / 10 Sentyabr 2026
89
21:30 / 10 Sentyabr 2026
122
21:27 / 10 Sentyabr 2026
64
21:20 / 10 Sentyabr 2026
79
21:16 / 10 Sentyabr 2026
78
21:15 / 10 Sentyabr 2026
80
21:06 / 10 Sentyabr 2026
82
20:51 / 10 Sentyabr 2026
129
20:50 / 10 Sentyabr 2026
77
20:40 / 10 Sentyabr 2026
76
20:38 / 10 Sentyabr 2026
721
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.