Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur futbolçu ev dustaqlığına buraxıldı

Məşhur futbolçu ev dustaqlığına buraxıldı

İDMAN

610

04.03.2024, 11:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 "Spartak"ın futbolçusu Quincy Promes BƏƏ-də ev dustaqlığına salınıb.

Oxu24.com  xəbər  verir  ki,  bu  barədə  Martın 3-də NRC Handelsblad qəzeti mənbələrə istinadən  məlumat yayıb.

Nəşrin məlumatına görə, idmançının ev dustaqlığına salınmasına  səbəb yol qəzası olub.

Hollandiya səlahiyyətliləri Amsterdam məhkəməsi tərəfindən kokain qaçaqmalçılığı işi ilə bağlı 6 il həbs cəzasına məhkum edilmiş Promesin ekstradisiyası üçün də danışıqlar aparır.


Xatırladaq ki, fevralın 14-də Hollandiya məhkəməsi Quincy Promes-i narkotik qaçaqmalçılığına görə 6 il müddətinə azadlıqdan məhrum etmiş, bundan sonra idmançı beynəlxalq axtarışa verilmişdi.

Fevralın 27-də futbolçunun müdafiəçisi məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Fevralın 29-da BƏƏ-dən “Spartak”ın oyunçularının Rusiyaya uçduğu təyyarəyə Promes buraxılmayıb.

Martın 1-də RİA Novosti polisdəki mənbəyə istinadən bildirir ki, hollandiyalı futbolçu Dubayda həbsdən azad edilib. İlkin məlumata görə, onun saxlanılması yol qəzası ilə bağlıdır.

 

Nigar