Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
455
az

Prokuror 3 yaşlı uşağın ölümündə təqsirləndirilən həkimdən şikayət verdi

12:3810 Aprel, 2018
1323
HÜQUQ
  • A
 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun barəsindəki hökmdən prokuror tərəfindən protest verilib.


Oxu24.com-un xəbərinə görə, işə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.


Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İ. Qəmbərova bəraət verilib.


İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində öldüyü müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.


İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başqasının evində pulla qeydiyyata düşənləri gözləyən təhlükə - Video
Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir