Yağışda avtomobilin nömrəsini itirən sürücünü nə gözləyir?
18 May 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1235
13.08.2020, 16:20
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri Daxili İşlər nazirinin sabiq müavini Əsgər Ələkbərovun qohumudur.
Oxu24.com “report”a istinadən xəbər verir ki, Abşeron rayonu ərazisində keçirdilən əməliyyat zamanı Ramin Ələkbərov, Əbdül Umarov, Səfər Ələkbərli və Orxan Mehdiyev tutulublar. Ramin Ələkbərov sabiq nazir müavininin qardaşı oğludur.
DİN-in yaydığı rəsmi məlumata görə, Ramin Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman 5 qrama yaxın, onun idarə etdiyi avtomobildən isə 10 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Onun avtomobilində sərnişin kimi olan adları sadalanan digər şəxslərdən də narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Ələkbərovun Bakıxanov qəsəbəsində yerləşən evindən əlavə 495 qram psixotrop maddə metamfetamin və 501 qram heroin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Telman Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 kiloqram 210 qram heroin, 2 kiloqram 20 qram tiryək və 11 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, polis general-leytenantı Əsgər Ələkbərov 1995-2014-cü illərdə Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb.
22:44 / 18 May 2026
603
22:40 / 18 May 2026
478
22:37 / 18 May 2026
120
21:25 / 18 May 2026
103
21:10 / 18 May 2026
110
21:08 / 18 May 2026
108
20:55 / 18 May 2026
113
20:50 / 18 May 2026
108
20:45 / 18 May 2026
112
20:31 / 18 May 2026
512
20:20 / 18 May 2026
99
20:10 / 18 May 2026
143
20:05 / 18 May 2026
107
19:59 / 18 May 2026
123
19:54 / 18 May 2026
157
19:43 / 18 May 2026
193
19:41 / 18 May 2026
148
19:39 / 18 May 2026
116
19:21 / 18 May 2026
598
19:18 / 18 May 2026
122
19:15 / 18 May 2026
153
19:12 / 18 May 2026
638
19:05 / 18 May 2026
1027
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.