Qaynar xətt:

(+99450) 247 90 86

DTX-NIN  tutduğu generalı məhkəmə ev dustaqlığına buraxdı - RƏSMİ

DTX-NIN  tutduğu generalı məhkəmə ev dustaqlığına buraxdı - RƏSMİ

HÜQUQ

704

10.08.2020, 13:29

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Oxu24.com -un  məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Əfqan Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci yəni vəzifə səlahiyyətlərini aşma, 311.3-cü yəni külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.