Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
645
06.08.2020, 10:28
"Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq, karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər".
Oxu24.com baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
O əlavə edib ki, belə bir güzəşt olmayacaq:
"Cərimələrin ləğvi ilə bağlı qanunvericilikdə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir.
Əgər yol hərəkəti qayda pozuntusuna görə cərimə 3 ay müddətində ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər.
Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, may, iyun, iyul - 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər.
Onlar 160 saatdan- 240 saatadək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər".
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.