İsmayıllıda karantin qaydalarını pozaraq ziyarətgaha gedən şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.
20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
Oxu24.com
ŞƏRHLƏR