Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılma və hüquqi nəticələr – Mütəxəssis açıqladı
15 May 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
6983
27.07.2020, 15:57
Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vuran vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb.
25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
17:32 / 17 May 2026
44
17:28 / 17 May 2026
23
17:27 / 17 May 2026
25
17:25 / 17 May 2026
31
17:16 / 17 May 2026
159
17:14 / 17 May 2026
32
17:11 / 17 May 2026
36
17:08 / 17 May 2026
33
17:07 / 17 May 2026
35
17:05 / 17 May 2026
36
15:14 / 17 May 2026
66
15:00 / 17 May 2026
64
14:45 / 17 May 2026
76
14:41 / 17 May 2026
72
14:40 / 17 May 2026
71
14:24 / 17 May 2026
76
14:20 / 17 May 2026
74
14:20 / 17 May 2026
68
14:15 / 17 May 2026
77
14:02 / 17 May 2026
502
14:00 / 17 May 2026
73
13:55 / 17 May 2026
70
13:54 / 17 May 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.