20 balı keçən sürücü nə etməlidir? – HÜQUQİ RƏY
04 May 2026, 21:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1125
09.04.2020, 09:27
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.
Dövlət Agentliyindən Oxu24.com-a verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
“Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
Həmçinin oxuyun
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, - deyə məlumatda qeyd olunub.
13:26 / 05 May 2026
54
13:19 / 05 May 2026
90
13:19 / 05 May 2026
30
13:07 / 05 May 2026
154
12:49 / 05 May 2026
39
12:39 / 05 May 2026
174
12:26 / 05 May 2026
47
12:16 / 05 May 2026
72
12:02 / 05 May 2026
62
11:56 / 05 May 2026
60
11:39 / 05 May 2026
209
11:35 / 05 May 2026
216
11:25 / 05 May 2026
91
10:59 / 05 May 2026
129
10:50 / 05 May 2026
44
10:24 / 05 May 2026
55
10:20 / 05 May 2026
62
10:05 / 05 May 2026
435
10:01 / 05 May 2026
59
10:00 / 05 May 2026
56
09:59 / 05 May 2026
56
09:58 / 05 May 2026
62
09:57 / 05 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.