Neftimiz bahalaşdı
27 Oktyabr 2026, 10:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1218
05.04.2020, 21:36
“Unun qiyməti sürətlə bahalaşır. 50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb. Hətta bu qiymətə də una tələbat kəskin artdığına görə, topdansatış müəssisələrinin çoxu satışı dayandırıb, qiymətin daha da bahalaşmasını gözləyirlər. Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq. Odur ki, mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və unun qiymətinin bahalaşmasının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar aparılmalıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlu Kənd Təsərrüfatı Nazirliyinə səslənib: “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ni götürün, tozunu təmizləyin, baxın görün, 2020-ci ilədək aşağıdakılardan hansına nail olmusunuz.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilmişdir:
● ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
● pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
● barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;
● 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
● əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
● inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;
● istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
● istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
● kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;
● bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;
● özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
● paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın qurulması;
● 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;
● suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.
Qida Təhlükəsizliyi Agentliyi xalqa hesabat verməli, nə qədər taxıl və un ehtiyatı qaldığını, tələbatın indiki səviyyəsi ilə onun nə vaxta qədər bəs edəcəyini açıqlamalıdır.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.