Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27881
az

Küçəyə çıxanlar 5 min manat cərimə və həbs oluna bilər - Diqqət!

14:5301 Aprel, 2020
4414
HÜQUQ
  • A
Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb. Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə edilib. Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər. Bu gün reyd zamanı saxlanılan şəxslərin əksəriyyəti minimum 100 manat məbləğində cərimələnib. Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində deyilir: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali Məhkəmə mühüm məlumat yaydı
Qaydaları pozan vəkillər cəzalandırıldı
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ