Nəsimi Musayevdən XƏBƏR VAR
26 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
781
25.03.2020, 19:06
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.
RİH-dən verilən məlumata görə, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir.
Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılıb və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.
Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilib.
Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.
21:32 / 26 Oktyabr 2026
14
21:30 / 26 Oktyabr 2026
14
21:05 / 26 Oktyabr 2026
429
21:02 / 26 Oktyabr 2026
60
20:56 / 26 Oktyabr 2026
62
20:30 / 26 Oktyabr 2026
70
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
88
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
186
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
383
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.