Təzə binadan ev alanlara VACİB XƏBƏR: Çıxarış almaq üçün...
27 Oktyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
621
06.03.2020, 16:20
Bakı Kommersiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin “Space” Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılıb.
“Report”un əldə etdiyi məlumata görə, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən dövlət qurumunun “Space”yə qarşı iddia tələbi təmin edilməyib. Qərarda göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh "Space" Müstəqil Radio və Televiziya Şirkətindən 3 müqavilə üzrə - 7 815 manat, 3 560 manat və 14 854 manat olmaqla, ümumilikdə 26 229 manat manat məbləğində vəsaitin tutulmasına dair tələbi iddia müddəti keçdiyindən təmin edilmir.
Sözügedən icarə müqavilələri 1998-2002-ci illər ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Space” Müstəqil Radio və Televiziya Şirkəti arasında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən, ümumi sahəsi 517 kvadratmetr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti (C.Cabbarlı adına kinoteatr) ünvanında yerləşən, ümumi sahəsi 2005.9 kv.m olan qeyri-yaşayış sahəsnin icarəyə verilməsi barədədir.
Qeyd edək ki, Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında 23 oktyabr 2019-cu ildə imzaladığı fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.