Elektron hökumətdən məlumat sızarsa, kimlər cavabdehdir? — Hüquqşünas açıqladı
30 İyul 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
69
30.07.2026, 18:01
Azərbaycanda nikahın pozulması prosesləri zamanı ailə birliyinin qorunması məqsədilə qanunvericilikdə müəyyən hüquqi mexanizmlər nəzərdə tutulmuşdur. Xüsusilə məhkəmə qaydasında həyata keçirilən boşanma işlərində hakimlər cütlüklərə barışıq üçün müəyyən vaxt ayıra bilirlər. Cəmiyyətdə ən çox maraq doğuran məsələlərdən biri isə 3 aylıq barışıq müddətinin hansı hallarda təyin olunmasıdır. Çox vaxt vətəndaşlar bu müddətin istisnasız olaraq hər bir boşanma iddiasına şamil edildiyini zənn edirlər. Lakin məhkəmə təcrübəsi göstərir ki, barışıq müddətinin verilməsi müəyyən spesifik şərtlərdən və tərəflərin mövqeyindən asılıdır. Barışıq müddəti ərzində tərəflərin birgə yaşamaq istəyi və ya iddiadan imtina etməsi prosesin nəticəsini köklü şəkildə dəyişə bilir. Mövzu ilə bağlı cəmiyyətdə yaranan suallar hüquqi baxımdan doğru maarifləndirmənin vacibliyini ortaya qoyur.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Dədəkişi Vəlizadə bildirib ki, 3 aylıq barışıq müddəti bütün hallarda avtomatik olaraq verilmir:
"3 aylıq müddət bütün hallarda verilmir. Tərəflərdən en azı birinin boşanmaqdan imtina etməsi (boşanmaq istəməməsi) və ya məhkəmə təcrübəsində formalaşdığı kimi, tərəfin boşanmaq istəyib-istəməməsinin qeyri-müəyyən olduğu hallarda məhkəmə 3 aylıq barışıq müddəti müəyyən edir”.
O qeyd edib ki, tərəflər bəzən bunu istəməsələr də, 3 aylıq müddət ərzində tərəflərin barışması halı baş tutur.
Həmçinin D.Vəlizadə əlavə edib ki, bu zaman iddiaçı birgə qaydada iddiasından imtina edə bilər və ya tərəflər boşanmaq istəmədiklərini məhkəməyə bildirərək icraata xitam verilməsinə nail olurlar. Beləliklə, cütlük boşanmamış və barışmış hesab olunur.
Çimnaz Telmanqızı
19:29 / 30 İyul 2026
2
19:18 / 30 İyul 2026
92
19:12 / 30 İyul 2026
90
19:12 / 30 İyul 2026
26
19:07 / 30 İyul 2026
30
18:57 / 30 İyul 2026
288
18:22 / 30 İyul 2026
41
17:59 / 30 İyul 2026
58
17:58 / 30 İyul 2026
57
17:55 / 30 İyul 2026
67
17:40 / 30 İyul 2026
67
17:28 / 30 İyul 2026
59
17:20 / 30 İyul 2026
60
17:00 / 30 İyul 2026
78
16:44 / 30 İyul 2026
83
16:37 / 30 İyul 2026
77
16:35 / 30 İyul 2026
72
16:08 / 30 İyul 2026
78
15:54 / 30 İyul 2026
84
15:41 / 30 İyul 2026
94
15:29 / 30 İyul 2026
94
15:15 / 30 İyul 2026
75
15:11 / 30 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.