Keçmiş həyat yoldaşı soyadınızı daşıya bilərmi? - Vəkil AÇIQLADI
17 İyul 2026, 11:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
136
17.07.2026, 15:58
Xaricdə işləyən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri də orada qazandıqları əmək stajının və ödədikləri sosial sığorta haqlarının gələcəkdə Azərbaycanda pensiya təminatına necə təsir göstərməsidir. Mövcud qanunvericiliyə əsasən, xaricdə qazanılmış stajın ölkəmizdə nəzərə alınması yalnız konkret hüquqi əsaslar və dövlətlərarası razılaşmalar çərçivəsində mümkündür. Bir çox hallarda vətəndaşların bu barədə yetərli məlumatı olmaması gələcəkdə pensiya təyinatı zamanı müəyyən sualların və çətinliklərin yaranmasına səbəb olur. Xüsusilə pensiya kapitalının transferi və stajın tanınması mexanizmləri bu sahədə ən çox müzakirə edilən mövzulardandır.
Mövzu barədə Oxu24.com-a Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayıs Əliyev məlumat verib.
Mayıs Əliyev bildirib ki, pensiya hüququnu müəyyən edən və bu münasibətləri tənzimləyən əsas hüquqi sənəd "Əmək pensiyaları haqqında" Qanundur. Əvvəlki müddəalarda həm "Sosial sığorta haqqında" Qanunda, həm də xarici ölkədə müqavilə bağlayıb Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məcburi dövlət sosial sığorta haqqı ödənilməsi ilə bağlı bəndlər mövcud idi. Lakin hal-hazırda həmin müddəalar qüvvədə deyil və bu səbəbdən bəzi hallarda məsələ sual işarəsi altında qalır.
Ekspertin sözlərinə görə, hazırda xaricdəki stajın tanınması üçün ikitərəfli hökumətlərarası müqavilələrin olması mütləqdir:
"Azərbaycan ilə pensiya təminatı sahəsində müqaviləsi olan ölkələrin siyahısına Rusiya, Ukrayna, Moldova, Belarus, Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan daxildir. Həmçinin 1998-ci ildə Türkiyə və Bolqarıstan ilə də belə müqavilələr bağlanıb. Türkmənistanla da müqavilə imzalansa da, hələ ki parlament tərəfindən ratifikasiya olunmayıb. Yalnız bu sadalanan dövlətlərdə qazanılan stajın Azərbaycanda tanınması məsələsi mümkündür”.
Professor vurğulayıb ki, adıçəkilən ölkələrlə müqavilələr olsa da, burada söhbət yalnız stajın tanınmasından gedir. Vətəndaşın xaricdə işlədiyi dövrdə onun əməkhaqqından tutulan və həmin ölkənin büdcəsinə ödənilən məcburi sosial sığorta haqlarının (pensiya kapitalının) Azərbaycana köçürülməsi mexanizmi mövzu deyil:
"Vətəndaşın xaricdə 200 min, 300 min və ya 500 min dollar/avro məbləğində kapitalı olsa belə, həmin vəsaitin Azərbaycana transfer edilməsi mexanizmi çox təəssüf ki, yoxdur. Hətta məhkəmələr belə hazırda bununla bağlı suallara cavab verə bilmirlər. Əgər vətəndaşın Azərbaycandakı pensiya kapitalı minimum tələbdən (46 200 manatdan) aşağıdırsa, xaricdəki stajı nəzərə alınmaqla ona sadəcə minimum pensiya (320 manat) təyin olunacaq. Bunun üçün isə ən azı 25 il sığorta stajının olması mütləqdir”.
Vətəndaşlar nə etməlidir?
Mayıs Əliyev xaricdə çalışan və gələcəkdə Azərbaycanda pensiya almaq istəyən vətəndaşlara vacib tövsiyələr verib. Əmək Məclləsinin 87-ci maddəsinin tələblərini xatırladan professor qeyd edib ki, xarici ölkədə işləmiş Azərbaycan vətəndaşı ölkəyə qayıtdıqdan sonra müvafiq qurumlara müraciət etməlidir:
”Vətəndaş xarici ölkədə işlədiyini və stajını sübut edən sənədi – əmək müqaviləsinin surətini gətirməlidir. Həmin ölkədə məcburi dövlət sosial sığorta haqqı ödəməsini təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.
Bu sənədlərlə birlikdə Azərbaycanda Məşğulluq Agentliyinə (Məşğulluq mərkəzlərinə) müraciət edərək həmin stajı rəsmən tanıtdırmalıdır.
Bu prosedur yerinə yetirildikdə, xaricdə keçən iş illəri vətəndaşın Azərbaycandakı ümumi sığorta stajına əlavə edilir. Müvafiq qanunvericilik çərçivəsində diqqət yetirilməli olan əsas hüquqi əsaslar bunlardan ibarətdir”,- deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
19:37 / 18 İyul 2026
1
19:07 / 18 İyul 2026
45
18:57 / 18 İyul 2026
56
18:24 / 18 İyul 2026
64
18:07 / 18 İyul 2026
62
13:55 / 18 İyul 2026
111
13:32 / 18 İyul 2026
650
13:25 / 18 İyul 2026
104
13:22 / 18 İyul 2026
137
13:21 / 18 İyul 2026
89
13:10 / 18 İyul 2026
119
12:58 / 18 İyul 2026
98
12:45 / 18 İyul 2026
128
12:44 / 18 İyul 2026
643
12:37 / 18 İyul 2026
104
12:25 / 18 İyul 2026
111
12:05 / 18 İyul 2026
103
11:45 / 18 İyul 2026
107
11:27 / 18 İyul 2026
258
11:20 / 18 İyul 2026
94
11:16 / 18 İyul 2026
1259
11:08 / 18 İyul 2026
92
10:44 / 18 İyul 2026
1663
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.