Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1438
20.02.2026, 14:28
Hazırda müxtəlif təyinatlı və müxtəlif ölçülü müəssələrdə əmək haqqının gec verilməsi, və ya bir neçə ay gecikdirilməsi ilə bağlı şikayətlər artmaqdadır. İşçinin əmək haqqı gecikdirilərsə, və yaxud aylarla verilmirsə bu qanunla necə tənzimlənir? İşçinin haqqı necə müdafiə olunur?
Mövzu ilə bağlı hüquqşünas Vüqar Dadaşov Oxu24.com-un suallarını cavablandırıb.
Hüquqşünas bildirib ki, Azərbaycanda işçiyə əmək haqqının gecikdirilməsi və ya aylarla verilməməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qadağan olunur.
"Bu, vəziyyətdən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb olan nəticələr verə bilər. Hazırda qüvvədə olan qanunvericiliyimizə əsasən, işçiyə işəgötürən tərəfindən, müqavilə şərtlərində əlavə qaydalar nəzərdə tutulmadığı halda, əmək haqqı ayda iki dəfədən az olmayaraq verilməlidir.
Qaldı ki, əmək haqqının gecikdirilməsinə, əlbəttə ki, müəssisənin fəaliyyətindən və ya maliyyə çətinliyindən asılı olmayaraq işçinin əmək haqqının gecikdirilməsinə əsas ola bilməz. Müəssisənin maliyyə çətinliyi və digər səbəblər müəssisənin işçi qarşısında olan öhdəliyinə məhdudiyyət yaratmır".
V.Dadaşov onu da qeyd edib ki, əgər əmək haqqı vaxtında verilmirsə və bir müddətdən sonra ödənilirsə, həmin əmək haqqı ən azı kompensasiya edilmiş şəkildə işçiyə ödənilməlidir.
"Bir maraqlı məqam da var ki, bunu bilmək daha yaxşı olar. İşçi hər hansı əmək haqqına hesab götürərək maliyyə kredit təşkilatlarından kredit götürür və maaşın ödənilməməsi səbəbindən bank və digər maliyyə təşkilatları qarşısında öz öhdəliyini yerinə yetirə bilmədiyi üçün ona maliyyə sanksiyaları tətbiqi halları çoxdur. Bu hallarda, işçi bu dəymiş zərərləri əmək haqqının gecikdirilməsi ilə əlaqələndirərək həmin məbləğin də ödənilməsini müəssisədən tələb edə bilər.
İlk növbədə belə vəziyyətdə, işçi müəssisəyə yazılı şəkildə müraciət etməlidir. Hüquqi dildə buna pretensiya deyilir. İşçi pretensiya ilə müraciət edərək öz tələblərini irəli sürməlidir. Əgər işəgötürən tərəfindən əmək müqaviləsinin şərtləri pozulursa, işçi müqaviləni birtərəfli qaydada poza bilər və hüquqlarının bərpası, əmək haqqının alınması və kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.
Digər ən vacib məsələ isə ondan ibarətdir ki, əgər işçiyə iki aydan artıq əmək haqqı verilmirsə və ya bu hal təzyiq forması, sui-istifadə olunursa, artıq bu, cinayət məsuliyyətinə səbəb olan hal kimi qiymətləndirilir və işəgötürən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun cinayət təqibi başlana bilər”-deyə hüquqşünas vurğulayıb.
Əntiqə Rəşid
23:17 / 13 Noyabr 2026
1
23:09 / 13 Noyabr 2026
31
23:05 / 13 Noyabr 2026
48
23:02 / 13 Noyabr 2026
56
22:53 / 13 Noyabr 2026
71
22:49 / 13 Noyabr 2026
68
22:41 / 13 Noyabr 2026
68
22:36 / 13 Noyabr 2026
78
22:18 / 13 Noyabr 2026
77
22:13 / 13 Noyabr 2026
81
22:03 / 13 Noyabr 2026
359
21:43 / 13 Noyabr 2026
777
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
119
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1115
20:41 / 13 Noyabr 2026
141
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
20:09 / 13 Noyabr 2026
367
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.