Arzum999 işi: Yenidən həbs tələbi verilə bilər?
27 İyul 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2023
15.02.2026, 17:32
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu onkoloji xəstəliklərin pensiya hüququ ilə bağlııdr.
Bütün onkoloji xəstəliklərə əlillik pensiyası təyin edilir?
Oxu24.com xəbər verir ki,onkoloji xəstəyə avtomatik olaraq konkret – məsələn, “4-cü dərəcədirsə mütləq filan qrup düşür” – demək düzgün deyil. Əlillik təyini yalnız diaqnoza görə yox, xəstəliyin mərhələsinə, yayılmasına, orqanizmdə yaratdığı funksional pozuntulara və əmək qabiliyyətinə təsirinə görə müəyyən olunur.
Ümumiyyətlə, onkoloji xəstələrə I, II və ya III qrup əlillik təyin oluna bilər.
Bu, şişin yerləşdiyi orqandan, metastazın olub-olmamasından, aparılan müalicənin (əməliyyat, kimyaterapiya, şüa terapiyası və s.) nəticəsindən və xəstənin özünə qulluq imkanından asılıdır.
Məsələn, baş beyin və ya onurğa beyin şişləri ciddi nevroloji çatışmazlıq yaradırsa və şəxs tam asılı vəziyyətə düşübsə, bu halda I qrup əlillik təyin oluna bilər. Daha yüngül funksional məhdudiyyətlərdə isə II və ya III qrup müəyyən edilir.
Əlilliyin təyin olunması meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyul 2022-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş cədvəllərdə göstərilib.
Vətəndaşa tövsiyə olunur ki, həmin sənədə baxsın. Elektron variantda sənədi açıb klaviaturada “Ctrl + F” düymələrini sıxaraq öz diaqnozunu axtarış hissəsinə yazsın. Əgər həmin diaqnoz və ya uyğun klinik vəziyyət meyarlarda nəzərdə tutulubsa, orada hansı hallarda və hansı dərəcədə əlillik təyin olunduğu konkret şəkildə göstərilir.
Yəni əsas prinsip budur: təkcə “onkoloji xəstə” olmaq kifayət deyil, xəstəliyin orqanizmə funksional təsiri və sosial-əmək qabiliyyətinə yaratdığı məhdudiyyət qiymətləndirilir.
Hazırladı:Şahbaz
22:44 / 27 İyul 2026
10
22:24 / 27 İyul 2026
29
21:47 / 27 İyul 2026
133
21:29 / 27 İyul 2026
61
20:50 / 27 İyul 2026
63
20:19 / 27 İyul 2026
84
20:00 / 27 İyul 2026
99
19:59 / 27 İyul 2026
78
19:46 / 27 İyul 2026
530
19:30 / 27 İyul 2026
111
19:15 / 27 İyul 2026
88
19:13 / 27 İyul 2026
106
19:02 / 27 İyul 2026
92
18:48 / 27 İyul 2026
857
18:45 / 27 İyul 2026
113
18:33 / 27 İyul 2026
81
18:30 / 27 İyul 2026
878
18:22 / 27 İyul 2026
83
18:20 / 27 İyul 2026
2878
18:10 / 27 İyul 2026
104
17:59 / 27 İyul 2026
95
17:40 / 27 İyul 2026
98
17:23 / 27 İyul 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.