Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1680
13.02.2026, 17:24
“Əmək fəaliyyəti başlayan Qarabağ qazilərinin pensiyası kəsilə bilərmi?”
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim edəcəyimiz mövzu hərbi əməliyyatlar zamanı zamanı əlillik dərəcəsi almış şəxslərin işə başladıqları zaman pensiyasının kəsilib,kəsilməməsi ilə bağlıdır.
Qarabağ qaziləri,yəni, əlilliyi olan müharibə iştirakçıları rəsmi müqaviləli işlə təmin olunduqda əlillik pensiyası kəsilə bilərmi?
Oxu24.com -un sualını hüquqşünas Vüqar Dadaşov cavablandırıb.
O, bildirib ki, Qarabağ qazilərinin, xüsusən, əlilliyi olan müharibə iştirakçılarının işlə təmin olunması zamanı pensiyanın kəsilməsi ilə bağlı qanunvericilikdə konkret tələb yoxdur.
"Statusundan asılı olmayaraq, təyin olunmuş pensiyanın dayandırılması ancaq onun əmək qabiliyyətinin, sağlamlığının bərpasından sonra mümkün ola bilər. Azərbaycan Respublikası Qanunvericiliyində Qarabağ qazilərinə əlilliyin təyini, ləğvi barədə xüsusi bir imtiyaz ayrıca müəyyən olunmur. Əlillik dərəcəsi və müvafiq pensiya əmək qabiliyyətinin, sağlamlığın dərəcəsinin azalması ilə müəyyən olunur və yalnız bu əsaslarla təyin edilir.",-deyə Vüqar Dadaşov bildirib.
Hüquqşünas əlilliyə görə təyin edilmiş pensiyanın hansı hallarda kəsilib-kəsilməməsi məsələsinə də aydınlıq gətirib.
"Əlbəttəki, veteran və əlilliyi olan müharibə iştirakçılarına güzəştlər əmək, vergi və sair qanunvericiliyi ilə müəyyən edilib və onların əlilliyə aiddiyatı yoxdur. Əgər, vətəndaşın əlilliyi müalicə dövründə aradan qalxırsa, yəni, onun müalicəsi mümkün olur və sağlamlıq vəziyyəti bərpa edilirsə, bu halda vətəndaşın əlilliyi ləğv edilə bilər.Sözsüz ki, əmək müqaviləsindən, fəaliyyətindən asılı olmayaraq. Ancaq ümumilikdə əlilliyi olan şəxslərin əmək fəaliyyəti ilə bağlı məhdudiyyət mövcud deyil və hər hansı əlilliyi olan şəxsin, o cümlədən Qarabağ qazisinin, əmək fəaliyyəti ilə bağlı müqavilə bağlaması onun pensiyasının kəsilməsinə əsas ola bilməz. Əmək fəaliyyəti şəxsin sağlamlığının imkan verdiyi səviyyədə həyata keçirilir. Əmək müqaviləsi vətəndaşın və ya qazinin sağlamlığında olan əlillik dərəcəsini aradan qaldırmır. Bu baxımdan, əgər şəxsə əlillik təyin olunubsa, onun əmək müqaviləsi bağlaması əlilliyin dərəcəsinin ləğv edilməsinə əsas ola bilməz”,-deyə V.Dadaşov qeyd edib.
V. Dadaşov işlə təmin olunmuş əlilin pensiyanın kəsilməsini qanunauyğun hal hesab etmədiyini bildirib:”Əlbəttə ki, əgər şəxs əlilliyə görə əmək pensiyası alırsa, qanuna uyğun olaraq müqavilə ilə işləmək, dövlət və ya özəl sektorda əmək fəaliyyəti göstərmək, rəsmi maaş almaq və digər hüquqlardan istifadə etmək imkanına malikdir. Hətta müasir dövrdə vətəndaş əlillik dərəcəsi ilə yanaşı distant iş funksiyasını yerinə yetirirsə, və bu birinci dərəcə əlillik halında belə bu mümkündürsə, bu fakt onun əlillik təqaüdünün verilməməsinə əsas ola bilməz. Bir məqama da toxunmaq yaxşı olar. Cəmiyyətimizdə veteran və qazilərlərin sosial statusu ilə yanlış təsəvvürlər var: veteranlıq hüquqi statusdur, əlillik isə sosial statusdur. Bu sosial status sağlamlığın bərpasından sonra aradan qaldırıla bilər. Ancaq veteranlıq isə müddətsiz və daimi hüquqi statusdur və ləğv edilə bilməz. Əlbəttəki statusun alınmasında qanun pozuntusu aşkar edilməsə. Nəinki qazilərin (yəni, əlilliyi müəyyən edilmiş müharibə iştirakçıları) əlilliyi olan, digər şəxsin hər hansı əmək müqaviləsi bağlaması onun əlilliyinə xitam verilməsi üçün hüquqi əsas təşkil etmir”-deyə hüquqşünas Vüqar Dadaşov vurğulayıb.
Əntiqə Rəşid
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.