Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
825
17.01.2026, 18:40
Son vaxtlar iş dünyasında ən çox rast gəlinən səhvlərdən biri: İşçi yeni bir şirkətlə müqavilə bağlayır və köhnə iş yerinə bildiriş vermədən, hətta ora ayaq basmadan yeni işinə başlamaq istəyir. Lakin bu "tələskənlik" sizin əmək kitabçanızda silinməz bir ləkəyə çevrilə bilər.
Oxu24.com-a danışan tanınmış vəkil Elvin Səfərov bu məsələ ilə bağlı işçilərə ciddi xəbərdarlıq edərək çıxış yolunu izah edib:
“Əgər siz köhnə iş yerinizdən rəsmi qaydada ayrılmadan yeni işə başlasanız və köhnə işinizə getməsəniz, işəgötürən sizi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (əmək funksiyalarının kobud şəkildə pozulması) ilə işdən çıxara bilər. Bu qeyd elektron sistemə daxil edildikdə, gələcək karyeranızda ciddi problemlər yaranır.
Bəs qanun nə deyir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçi işdən çıxmaq barədə ən azı bir ay əvvəlcədən ərizə yazmalıdır.
Əsas qayda: Siz ərizəni yazdığınız gündən etibarən həmin bir ay müddətində köhnə iş yerinizə gedib-gəlməli və öhdəliklərinizi yerinə yetirməlisiniz.
İşəgötürənin hüququ: Yeni müqavilə bağlamağınız köhnə işəgötürənin sizi dərhal azad etməsi üçün mütləq əsas deyil. Qanun burada "azad edə bilər" ifadəsini işlədir.
Problemdən necə qaçmalı?
Prosedur qaydası:
Əgər yeni işə başlamısınızsa və o bir ayı köhnə iş yerində gözləmək istəmirsinizsə, bu addımları bilməlisiniz:
1. Sənədi təqdim edin: Yeni iş yerinizlə bağladığınız əmək müqaviləsinin surətini köhnə işəgötürənə təqdim edin.
2. Xahiş edin: Bildirin ki, artıq yeni müqaviləniz var və həmin bir aylıq müddəti gözləmədən əmək müqavilənizə xitam verilməsini xahiş edirsiniz.
3. Qərarı gözləyin: Əgər köhnə işəgötürən razılaşmasa, sizin həmin bir ayı orada işləməyiniz qanuni borcunuzdur”.
Unutmayın: Karyeranızı qorumaq üçün emosional deyil, hüquqi qaydalarla hərəkət etmək ən doğru yoldur.
Çimnaz Telmanqızı
18:50 / 14 Noyabr 2026
1
18:43 / 14 Noyabr 2026
53
18:21 / 14 Noyabr 2026
401
18:09 / 14 Noyabr 2026
93
18:06 / 14 Noyabr 2026
398
18:03 / 14 Noyabr 2026
81
17:18 / 14 Noyabr 2026
154
17:15 / 14 Noyabr 2026
104
16:20 / 14 Noyabr 2026
117
16:05 / 14 Noyabr 2026
160
15:45 / 14 Noyabr 2026
121
15:27 / 14 Noyabr 2026
295
15:25 / 14 Noyabr 2026
133
15:07 / 14 Noyabr 2026
270
15:05 / 14 Noyabr 2026
139
14:44 / 14 Noyabr 2026
205
14:31 / 14 Noyabr 2026
127
14:24 / 14 Noyabr 2026
754
14:19 / 14 Noyabr 2026
128
14:15 / 14 Noyabr 2026
119
13:50 / 14 Noyabr 2026
3300
13:48 / 14 Noyabr 2026
156
13:16 / 14 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.