Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
06 Oktyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
617
03.12.2025, 11:39
Şərur rayonunun Muğancıq Mehrab kənd məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərovanın bütün müəllim kollektivini hüquq-mühafizə orqanlarına şikayət etdiyi deyilir.
Oxu24.com “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, iddialarına görə, buna səbəb müəllimlərin onu kütləvi şəkildə boykot etməsi və narazılığı mətbuatda ictimailəşdirmələridir. Onlar deyir ki, Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə işdən çıxarılıb. Buna baxmayaraq, 24 noyabrda yenidən vəzifəyə qaytarılıb.
Müəllimlərin sözlərinə görə, narazılıqlarını ictimailəşdirəndən sonra həm yerli nazirlik, həm də rayon Təhsil Şöbəsi tərəfindən təzyiqlər olub: “Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlər şəxsən nazirin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Biz rüşvətxor, müəllim, şagird və valideynləri hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik”.
Müəllimlər Təhsil Nazirliyinə müraciət edərək, etirazlarının nəzərə alınmasını tələb ediblər.
Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bəzi informasiya saytlarında və sosial şəbəkə səhifələrində Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbi ilə bağlı təhrif edilmiş, dezinformasiya tipli məlumatlar yayılıb: “Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb, nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə Qətnamə qəbul edilib.
Məhkəmənin Qətnaməsinə əsasən, 24 noyabr 2025-ci ildə Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib. Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.
Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozaraq tədris müddətində təhsilalanların təhsil hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.
Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir”.
14:24 / 06 Oktyabr 2026
1
14:18 / 06 Oktyabr 2026
5955
14:14 / 06 Oktyabr 2026
30
14:10 / 06 Oktyabr 2026
46
14:05 / 06 Oktyabr 2026
43
14:01 / 06 Oktyabr 2026
48
13:58 / 06 Oktyabr 2026
51
13:55 / 06 Oktyabr 2026
52
13:50 / 06 Oktyabr 2026
103
13:31 / 06 Oktyabr 2026
525
13:15 / 06 Oktyabr 2026
82
13:10 / 06 Oktyabr 2026
66
12:59 / 06 Oktyabr 2026
254
12:49 / 06 Oktyabr 2026
203
12:47 / 06 Oktyabr 2026
142
12:43 / 06 Oktyabr 2026
84
12:32 / 06 Oktyabr 2026
144
12:29 / 06 Oktyabr 2026
109
12:25 / 06 Oktyabr 2026
628
12:22 / 06 Oktyabr 2026
83
12:20 / 06 Oktyabr 2026
99
12:15 / 06 Oktyabr 2026
93
12:11 / 06 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.