Qaynar xətt:

(+99450) 247 90 86

Beyni susduran maddələr: Narkotik niyə insanı idarə edir?  

Beyni susduran maddələr: Narkotik niyə insanı idarə edir?  

HÜQUQ

592

01.12.2025, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Narkotik vasitələr, insanın sinir sisteminə təsir edən, qısa müddətli “zövq”, sakitləşmə və ya enerji hissi yaradan, lakin uzun müddətdə ciddi asılılıq və zərər doğuran maddələrdir. Bu maddələr beyindəki kimyəvi tarazlığı dəyişdirir, real hissləri pozur və insanın davranışını idarə etmə qabiliyyətini azaldır.

Oxu24.com xəbər  verir  ki,narkotiklər təbii (məsələn, marixuana, tiryək) və sintetik (amfetamin, metamfetamin, “patı”, “şüşə”) olmaqla iki əsas qrupa bölünür. Hazırda ən təhlükəli və ən sürətli yayılanlar sintetik narkotiklərdir, çünki ucuz, asan əldə edilən və çox tez asılılıq yaradan maddələrdir.

Narkotik vasitələrin insan bədəninə zərərləri var. Beyin fəaliyyətinə zərər verir. Yaddaşı zəiflədir, düşünmə və qərarvermə bacarığını sıradan çıxarır. Depressiya, panik atak, halüsinasiyalar yaradır. Uzun müddətdə psixoz və daimi sinir sistemi pozuntusuna səbəb ola bilər. 

Ürək-damar sistemini sıradan çıxarır. Ürək döyüntüsünü artırır, təzyiqi pozur, ürək dayanması riskini yüksəldir. Zəhərlənmələrə səbəb olur. Qaraciyər çatışmazlığı və böyrək dağılması yarada bilər. 

Bədən infeksiyalara qarşı dayanıqsız olur. Uzun sürən xəstəliklər yaranır. 

Davranış və xarakter dəyişikliyi baş verir. Agressiya, əsəbilik, ailə və dostlardan uzaqlaşma və s. hallar qeyd olunur. Çəki düşür, dəri solğunlaşır. Saç tökülməsi, göz altında qaralmalar olur, dişlərin çürüməsi baş verir. 

Bəs asılılıq necə yaranır?

Narkotik maddələr beyində “dopamin” adlı zövq hormonu partlayışı yaradır. Beyin bu hissi təkrarlamaq üçün daha çox maddə tələb edir. Vaxt keçdikcə, eyni təsir üçün daha çox doza lazımdır, bədən maddəsiz funksional ola bilmir, insan normal həyat hissini belə narkotiksiz yaşaya bilmir. Bu dövrdə artıq psixoloji və fiziki asılılıq formalaşır.

Narkotik asılılığının qarşısını necə almaq olar?

Maarifləndirmə üsulu: 

-Məktəblərdə, universitetlərdə real nümunələr və elmi faktlarla tədris etmək olar. 

-Sosial şəbəkələrdə şüur artırıcı kampaniyalar yaratmaq olar. 

Ailədə düzgün kommunikasiya:

-Gənclərlə açıq danışmaq

-Qadağa yox, izah yolu ilə məsuliyyət hissi yaratmaq

-Davranış dəyişikliklərini vaxtında görmək lazımdır. 

Risk qruplarını izləmək:

-Stress, depressiya, tənhalıq yaşayan gənclər daha həssas olur.

-Sosial mühitin müsbət olması vacibdir.

Asudə zamanın sağlam təşkili:

-İdman etmək

-Yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaq

-Klublar və dərnəklərə qatılmaq lazımdır. 

Narkotik maddələr bəzən “bir dəfə sınamaqla heç nə olmaz” düşüncəsi ilə başlayır, amma həyatın ən qaranlıq dönüm nöqtəsinə çevrilir. İnsan bədəninin hər hüceyrəsini ələ keçirən bu maddələr təkcə şəxsi taleləri deyil, ailələri, cəmiyyətləri və bütöv gələcəyi sarsıdır.

Bu gün qarşısını almaq üçün atılan kiçik addım, sabah bir gəncin həyatını xilas edə bilər. Maarifləndirmə, düzgün seçim və diqqət  narkotiklərlə mübarizənin ən güclü silahlarıdır. Çünki bu təhlükə ilə mübarizədə ən böyük qüvvə qanunlar yox, insanın öz qərarı olur.

Və bir həqiqət dəyişmir: narkotikdən uzaq durmaq  yalnız bir seçim deyil, həyatı qorumağın yeganə yoludur.

Çimnaz Telmanqızı

DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

16:15 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

DİM: Universitetlərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq 

75

0
Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

16:09 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kəmaləddin Heydərov onu vəzifədən AZAD ETDİ

882

0
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

69

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

66

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

73

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

88

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

81

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

161

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

181

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

276

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

86

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

84

0