Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
644
01.12.2025, 18:05
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu xəstəliyə görə cəzanı çəkməkdən azad etmə halı ilə bağlıdır.
Bu barədə Cinayət Məcəlləsinin 78-ci maddəsində öz əksini tapıb.
Məcəllənin 78.1. maddəsinə görə,cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.
Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə, cinayət məsuliyyətinə və cəzaya məruz qala bilərlər.
Miri Məcidli
20:09 / 15 Noyabr 2026
21
19:51 / 15 Noyabr 2026
134
19:37 / 15 Noyabr 2026
63
19:17 / 15 Noyabr 2026
70
19:09 / 15 Noyabr 2026
73
18:40 / 15 Noyabr 2026
86
18:05 / 15 Noyabr 2026
127
17:53 / 15 Noyabr 2026
1529
17:43 / 15 Noyabr 2026
679
17:16 / 15 Noyabr 2026
557
17:12 / 15 Noyabr 2026
2895
17:09 / 15 Noyabr 2026
106
15:50 / 15 Noyabr 2026
124
15:25 / 15 Noyabr 2026
156
15:15 / 15 Noyabr 2026
143
14:47 / 15 Noyabr 2026
202
14:34 / 15 Noyabr 2026
397
14:25 / 15 Noyabr 2026
164
14:19 / 15 Noyabr 2026
139
14:02 / 15 Noyabr 2026
544
13:27 / 15 Noyabr 2026
407
12:55 / 15 Noyabr 2026
1840
12:36 / 15 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.