Məzuniyyətlə bağlı YENİ QAYDA
08 Oktyabr 2026, 13:47
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2316
01.11.2025, 15:43
Müasir tibb öz əsas məqsədini – insana kömək etmə funksiyasını tədricən itirir.
Oxu24.com xəbər verir ki, təxminən 90% həkimlər mexaniki şəkildə, protokol əsasında işləyir. Pasiyent həkimə müraciət edir, analiz verir, lakin cavab budur: “Bu nəticələri qəbul etmirəm, başqa klinikada təkrar verilməlidir.” Beləliklə, insan həm vaxtını, həm də vəsaitini itirir, amma xəstəliyin kökü hələ də tapılmır.
Burada vətəndaşların hansı hüquqları pozulur?
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,Qanunvericilik səviyyəsində mexanizmlər mövcuddur – “Səhiyyə haqqında” və “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanunlar nəzəri baxımdan pasiyent hüquqlarını təmin etməlidir.
"Bu sistem səbəbi araşdırmır – yalnız simptomları müvəqqəti aradan qaldırır. Bir müddət sonra hər şey yenidən təkrarlanır. Fərdi yanaşma demək olar ki, yoxdur. Bu vəziyyət xüsusilə endokrinologiya və plastik cərrahiyyə sahələrində daha qabarıq görünür.
Hüquqşünas Ellada Bayramova
Vicdanla işləyən, bilikli və məsuliyyətli həkimlər çox azdır. Əksəriyyət reklam üzərindən pasiyent cəlb edir, lakin məqsəd nə pasiyenti anlamaq, nə də ona kömək etmək olur – əsas məqsəd qazancdır.
Qanunvericilik səviyyəsində mexanizmlər mövcuddur – “Səhiyyə haqqında” və “Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanunlar nəzəri baxımdan pasiyent hüquqlarını təmin etməlidir. Lakin praktikada bu mexanizmlər işləmir. Həkimin pasiyentə zərər vurduğunu – bilərəkdən və ya bilməyərəkdən – sübut etmək demək olar ki, mümkünsüzdür. Ekspertiza və konsiliumlar çox vaxt formal xarakter daşıyır, həmkar həmrəyliyi isə obyektivliyi aradan qaldırır.
Almaniya, İsveç və Yaponiya kimi ölkələrdə tibbi məsuliyyət və pasiyent müdafiəsi sistemləri şəffaf və müstəqildir. Azərbaycanda isə bu sistem, demək olar ki, yalnız insan amilinə bağlıdır. Əgər həkimdə vicdan yoxdursa, heç bir qanun pasiyenti qoruya bilməz.
Əsas problem – vicdanın itməsi və insana yanaşmanın yoxluğudur.
Vicdan olmadan tibb humanizm dəyərini itirir və sadəcə biznesə çevrilir.
Sistem insana qayıtmayınca, heç bir islahat nəticə verməyəcək",-deyə hüquqşünas bildirib.
Miri Məcidli
00:32 / 09 Oktyabr 2026
124
00:11 / 09 Oktyabr 2026
101
00:04 / 09 Oktyabr 2026
1825
00:01 / 09 Oktyabr 2026
131
23:50 / 08 Oktyabr 2026
120
23:27 / 08 Oktyabr 2026
148
23:13 / 08 Oktyabr 2026
167
23:10 / 08 Oktyabr 2026
98
23:03 / 08 Oktyabr 2026
219
23:01 / 08 Oktyabr 2026
225
22:50 / 08 Oktyabr 2026
490
22:41 / 08 Oktyabr 2026
101
22:19 / 08 Oktyabr 2026
96
22:06 / 08 Oktyabr 2026
143
21:58 / 08 Oktyabr 2026
116
21:53 / 08 Oktyabr 2026
101
21:36 / 08 Oktyabr 2026
113
21:29 / 08 Oktyabr 2026
100
21:28 / 08 Oktyabr 2026
1750
21:19 / 08 Oktyabr 2026
152
20:55 / 08 Oktyabr 2026
87
20:42 / 08 Oktyabr 2026
106
20:27 / 08 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.