Keçmiş məmurun arvadı məhkəməyə gətirildi -İfadəsində nə deyib?
17 Oktyabr 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1199
22.08.2025, 11:48
Ömürlük azadlıqdan məhrumetmə cəzası effektli sayıla bilərmi?
Oxu24.com xəbər verir ki, “YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
Layihə hər dəfə olduğu kimi, bu dəfə də hüquq ictimaiyyəti üçün maraqlı mövzulara həsr olunub.
Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun müdiri, tanınmış vəkil Elvin Səlimov olub. O, uzun illərdir hüquq sahəsində fəaliyyəti ilə tanınır və həm peşəkarlığı, həm də hüquqi biliklərin cəmiyyətə çatdırılmasında göstərdiyi təşəbbüsləri ilə fərqlənir.
Layihənin əsas xüsusiyyətlərindən biri onun qısa, dinamik və maarifləndirici formatıdır. Veriliş boyu qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlərdən şəxsi düşüncələrə qədər müxtəlif mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər cavab üçün müəyyən edilən 1 dəqiqəlik vaxt limiti mövzuların yığcam, aydın və izləyicilər üçün rahat izlənilə biləcək şəkildə təqdim olunmasına şərait yaradır.
Buraxılışda Elvin Səlimov hüquqi fəaliyyətində rastlaşdığı maraqlı və yaddaqalan hadisələrdən söz açıb, vəkil peşəsinin cəmiyyət qarşısında daşıdığı məsuliyyət və qarşıya çıxan çətinliklərdən bəhs edib. O, vəkilliyin yalnız hüquqi biliklər deyil, həm də etik prinsiplərə sadiqlik və yüksək peşəkar məsuliyyət tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi sadəcə olaraq peşəkar hüquqşünasların təcrübəsini izləyicilərə çatdırmaqla kifayətlənmir. Layihənin əsas məqsədi hüquqi maarifləndirmə işini genişləndirmək, gənc nəsildə hüquqa marağı artırmaq və cəmiyyətdə hüquqi mədəniyyətin inkişafına töhfə verməkdir.
Daha ətraflı videoda:
18:56 / 17 Oktyabr 2026
3
18:51 / 17 Oktyabr 2026
22
18:49 / 17 Oktyabr 2026
32
18:46 / 17 Oktyabr 2026
43
18:45 / 17 Oktyabr 2026
26
18:36 / 17 Oktyabr 2026
44
18:36 / 17 Oktyabr 2026
218
18:21 / 17 Oktyabr 2026
57
18:09 / 17 Oktyabr 2026
58
17:58 / 17 Oktyabr 2026
60
16:45 / 17 Oktyabr 2026
201
16:10 / 17 Oktyabr 2026
161
15:50 / 17 Oktyabr 2026
125
15:41 / 17 Oktyabr 2026
101
15:32 / 17 Oktyabr 2026
1269
15:19 / 17 Oktyabr 2026
2150
15:17 / 17 Oktyabr 2026
125
15:14 / 17 Oktyabr 2026
182
14:35 / 17 Oktyabr 2026
141
14:30 / 17 Oktyabr 2026
97
14:23 / 17 Oktyabr 2026
815
14:15 / 17 Oktyabr 2026
104
13:55 / 17 Oktyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.