Baş Prokurorluq açıqlama yaydı
06 Avqust 2025, 12:10
Qaynar xətt:
(+99450) 247 90 86Ali Məhkəmə “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
HÜQUQ
238
29.05.2025, 11:27
Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib.
İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin “Tiktok” sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib.
Barələrində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verdiklərinə görə, etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən etirazın təmin edilməsi və materialın baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Lakin Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xüsusilə ona əsaslanıb ki, xüsusi ittiham qaydasında şikayətə görə şəxsin böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları barələrində şikayət verilən şəxslərin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda yayıb. Tərəfin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir. Laçın Rayon Məhkəməsinin qənaətinə görə nə qədər ki, şikayətdə böhtan və təhqir kimi səciyyələndirilən məlumatlar “internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda” yayılıb və bu MMC-nin Azərbaycan Respublikasındakı hüquqi ünvanı bəlli olmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir, xüsusi ittiham qaydasında şikayətə yurisdiksiyası bu inzibati ərazi vahidinə şamil edilən Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.
Yasamal Rayon Məhkəməsi MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu olsa da, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə əsasən təhqir və böhtan kimi səciyyələndirilən məlumatların barəsində şikayət verilən şəxslər tərəfindən “Tiktok” sosial şəbəkəsində yayımlandığını, həmin şəxslərin yaşayış yerlərinin Ağcabədi rayonu olduğunu nəzərə alıb materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olması, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etirazın təmin edilməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyinə görə məhz Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilib.
Ali Məhkəmənin mövqeyi:
Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.
Həmçinin oxuyun
Ali Məhkəmənin əsaslandırması:
1.Laçın Rayon Məhkəməsi qanunvericiliyin müddəalarına əsaslanmadan, “Tiktok” sosial şəbəkəsində açılmış hesabı “***” MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib.
2. Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən “internet informasiya ehtiyatı” anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib, nəticədə MMC-yə aid, yəni məhz hüquqi şəxs olaraq MMC-nin sahib olduğu domen adının “Reyestr”də qeydə alınıb-alınmadığını müəyyən etmədən, adı “tiktok.com/@*******.az” işarələrindən təşkil olunaraq “Tiktok” sosial şəbəkəsində açılmış hesabı (MMC-nin adı ilə istifadəçi hesabının adı arasındakı zahiri oxşarlıqdan çıxış etməklə) hüquqi şəxsin (“***” MMC-nin) internet informasiya ehtiyatı kimi səciyyələndirib.
3. Eynilə Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC-nin və ya onun sahib olduğu hər hansı bir resursun - media subyekti və yaxud işçisinin - jurnalist olaraq qəbul edilməsinə əsas verən hallara da istinad olunmayıb.
4.Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC adlı hüquqi şəxsin və ya onun sahib olduğu hər hansı internet informasiya ehtiyatının media subyekti olaraq, MMC-nin işçisinin isə jurnalist qismində “Media Reyestri”ndə qeyd olunduğunu təsdiq edən məlumatlar göstərilməyib.
5. Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.
6. Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların “Tiktok” sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndinin “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır” müddəası rəhbər tutulmalı, müvafiq olaraq da xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir.
7. Lakin barələrində şikayət verilən şəxslərin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.
23:59 / 06 Avqust 2025
Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqladı
77
23:36 / 06 Avqust 2025
Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
40
22:35 / 06 Avqust 2025
Bu "Dubay" şokoladları geri çağırılır
39
22:17 / 06 Avqust 2025
Çində koronavirusa görə yenidən qapanmalar başladı
34
21:46 / 06 Avqust 2025
ABŞ-də hərbi bazada atışma oldu - Yaralılar var
50
21:39 / 06 Avqust 2025
Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın
44
21:19 / 06 Avqust 2025
Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - Rəsmi
46
20:51 / 06 Avqust 2025
"Whatsapp"da yenilik - Nömrə olmadan da yazışmaq olacaq
49
18:39 / 06 Avqust 2025
Bakı-Keşlə qatarları gecikə bilər
134
18:18 / 06 Avqust 2025
Şəhərlərarası və beynəlxalq danışıq tarifləri təsdiqləndi
55
17:14 / 06 Avqust 2025
Qəzzada aclıqdan ölənlərin sayı 200-ə çatır
56
15:04 / 06 Avqust 2025
Tramp Hindistan üçün mürəkkəb “tapmaca” yaratdı
161
15:00 / 06 Avqust 2025
Rusiya şəhərində miqrantlar arasında iğtişaşlar başlayıb
90
14:55 / 06 Avqust 2025
Okeanın dərinliklərində qeyri-adi orqanizmlər tapılıb
84
14:52 / 06 Avqust 2025
ABŞ-yə məlumat ötürən rusiyalı həbs olundu
90
14:36 / 06 Avqust 2025
İş başında infarkt keçirən polkovnik vəfat etdi
1648
14:17 / 06 Avqust 2025
DİN açıqlama yaydı: Həmin şəxs tutulub
482
14:11 / 06 Avqust 2025
Çin və Braziliya Ukrayna sülh planını birgə irəli sürmək barədə razılığa gəliblər
313
13:51 / 06 Avqust 2025
Putin ABŞ-ın xüsusi nümayəndəsi ilə əl sıxıb
189
13:46 / 06 Avqust 2025
Tramp Ağ Evin damına qalxıb
181
13:38 / 06 Avqust 2025
BƏƏ prezidenti Putinlə danışıqlar aparmaq üçün Moskvaya gələcək
82
13:17 / 06 Avqust 2025
Zelenski təsdiqlədi: Yeni əməliyyat planı nədir?
217
13:11 / 06 Avqust 2025
Məşhur müğənniyə ayı hücum edib,işçisi ağır yaralanıb - ŞOK VİDEO
799
13:02 / 06 Avqust 2025
İordaniya İsraili fəaliyyətsizlikdə ittiham edir
87
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.