Polislərin maaşı ilə bağlı QƏRAR
17 Mart 2025, 17:26
Qaynar xətt:
(+99450) 247 90 86Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib
HÜQUQ
222
18.03.2025, 12:01
Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.
Hazırda yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 129 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlim davam etdirilir.
Mart ayının 17-də isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən sədr qarşıdan gələn Novruz və Ramazan bayramları münasibəti ilə hər kəsi təbrik edib, vəkilliyə namizədlərə uğurlar diləyib, habelə təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini deyib.
Nəzərə çatdırılıb ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ARVK və Dövlət İmtahan Mərkəzi ilə birgə tam şəffaf şəraitində keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək, hər namizədə eyni suallar verilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə ARVK-dan 122, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 7 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 55 nəfər qadın, 67 nəfər isə kişidir, o cümlədən onlardan 76 faizi 40 yaşadəkdir.
Həmçinin oxuyun
Həmçinin Anar Bağırov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətini qeyd edərək, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, o cümlədən onların yenilənməsi, cavanlanması, müasirləşməsi, təkmilləşməsi barədə diqqətə çatdırıb. Sədr son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu istiqamətdə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu ifadə edib.
Tədbirdə Anar Bağırov ARVK-nın son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini söyləyib.
Sədr xüsusi ilə nəzərə çatdırıb ki, vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməli, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər. Bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır. Kollegiya bununla bağlı hər zaman barışmaz mövqe nümayiş etdirəcək.
Eyni zamanda Anar Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb. Bu Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğunu dilə gətirilib.
Daha sonra ARVK-nın sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.
18:44 / 21 Mart 2025
Gəncədə qaz balonu partlayıb, yaralanan var
3
18:28 / 21 Mart 2025
TƏCİLİ! Hərbçilərimizin nəşi tapılıb
66
16:18 / 21 Mart 2025
Vladimir Putin bayram münasibətilə İlham Əliyevi təbrik edib
360
16:12 / 21 Mart 2025
Bulvarda meyiti tapılan şəxs kimdir?
66
13:54 / 21 Mart 2025
Macarıstandan Ukrayna ilə bağlı xəbərdarlıq
56
13:49 / 21 Mart 2025
Fransa Rusiyanın iki telekanalının yayımını qadağan edib
49
13:46 / 21 Mart 2025
Bakıda evdə yanğın olub, 1 nəfər xəsarət alıb
39
13:16 / 21 Mart 2025
Hava ilə bağlı XƏBƏRDARLIQ
513
13:08 / 21 Mart 2025
Rusiya "İsgəndər"lə vurur - video
76
11:31 / 21 Mart 2025
Müdafiə Nazirliyi açıqladı: Ermənistan atəşə başladı
564
11:20 / 21 Mart 2025
FHN açıqlama yaydı
59
11:08 / 21 Mart 2025
58 yaşlı kişi spirtdən zəhərlənərək ölüb
58
10:48 / 21 Mart 2025
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: Həmin şəxsin oğlu da tutuldu
1033
10:46 / 21 Mart 2025
Mehparə Əsədova vəfat edib
133
09:57 / 21 Mart 2025
Şoyqudan Ermənistana ciddi - Xəbərdarlıq
102
09:47 / 21 Mart 2025
Sumqayıtda 53 yaşlı qadının meyiti tapılıb
83
09:43 / 21 Mart 2025
Azərbaycana qar yağır
92
09:25 / 21 Mart 2025
Azərbaycanda zəlzələ oldu
1004
23:21 / 20 Mart 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
103
23:11 / 20 Mart 2025
Gürcüstan Ermənistanı darmadağın edib
142
22:58 / 20 Mart 2025
İsveç Rusiya ilə mübarizə aparmaq üçün elit qoşunlar hazırlamağa başlayıb
106
22:47 / 20 Mart 2025
ABŞ İranın oksigen təchizatını kəsir
93
22:37 / 20 Mart 2025
21-ci günün duası - İmsak və iftar vaxtı
85
22:33 / 20 Mart 2025
Rusiya qazı amerikalılar vasitəsilə Avropaya çatacaq
77
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.