DİN vətəndaşlara müraciət edib
22 Mart 2025, 10:12
Qaynar xətt:
(+99450) 247 90 86HÜQUQ
1177
21.02.2025, 14:28
Əmək Məcəlləsinin müddəalarına görə, müəyyən kateqoriyalardan olan işçilərin əmək məzuniyyətlərinin müddəti fərqli formada müəyyən edilir. Məsələn, müəllimlər üçün bu müddət 56 gün, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilər üçün 42 təqvim günündən az olmayaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər üçün 46 təqvim günündən az olmayaraq təsbit edilib. Bəs bu kateqoriyalardan olan işçilərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar necə hesablanmalıdır?
Öncədən qeyd edək ki, bu suala müxtəlif cavablar, yanaşmalar var, bununla bağlı əksər mütəxəssislər arasında fikir ayrılıqları mövcuddur. Onların bəziləri hesab edirlər ki, həmin maddələrdə müəyyən edilmiş məzuniyyət bu şəxslərin əsas məzuniyyətidir və əmək müqaviləsinə xitam verilən zaman onlara kompensasiya da məhz həmin məzuniyyət günlərinin sayına görə hesablanmalıdır. Digər qrup isə hesab edir ki, bu halda Əmək Məcəlləsinin 144-cü maddəsinə əsaslanaraq əmək məzuniyyəti günləri deyil, 21 və ya 30 təqvim günü olaraq müəyyənləşdirilmiş əsas məzuniyyət günlərinə görə kompensasiya hesablanmalıdır.
Günün nə fərqi var ki?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, məzuniyyətin kompensasiyası ətrafındakı mübahisələrlə bağlı son sözü Konstitusiya Məhkəməsi deyə bilər:
“Əmək Məcəlləsi 1999-cu ildə qəbul edilib. Orada açıq qalan məsələlər var. Konstitusiya Məhkəməsi 10-dan artıq məsələ ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq, məzuniyyətin kompensasiyası ilə bağlı suallar da açıq qalır. Burada son sözü Konstitusiya Məhkəməsi deyə bilər. Ancaq mövcud hüquq məntiqi ilə çıxış etsək, əlavə məzuniyyət hüququ olan şəxslərə əmək müqaviləsinə xitam verilərkən yalnız onların əsəs məzuniyyət günləri üçün kompensasiya verilir. Məsələn, bu hal əsas məzuniyyətlə bərabər staja, zərərli iş yerində işləməsinə, uşağa baxmasına görə əlavə məzuniyyət verilən şəxslərə aiddir”.
S.Məmmədov digər hallarda bu yanaşmanın doğru olmadığını bildirir. Məsələn, əlilliyi olan şəxslərə 42 gün, müəllimlərə 56 gün, dövlət təltifləri ilə təltif olunmuş müharibə iştirakçılarna 46 gün məzuniyyət verilir. S.Məmmədov həmin günlərin onların bütöv məzuniyyət günləri sayıldığını vurğulayıb: “Buna görə də əmək müqaviləsinə xitam verilərkən bu şəxslərə kompensasiya həmin günlərin sayına görə hesablanıb ödənilməlidir. Tutaq ki, əlilliyi olan şəxslərdə 42 gündür və bu, onların əsas məzuniyyət günləri sayılır. Kompensasiya ödənişi də həmin günlərə uyğun həyata keçirilməlidir”.
Əsas və əlavə məzuniyyət
Məsələyə münasibət bildirən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 112-ci maddəsində işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapıb: “Məcəllənin 144-cü maddəsində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib”.
Həmçinin oxuyun
Bəs Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilirmi? N.Xəlilov bu suala aydınlıq gətirərək bildirib ki, Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Həmin maddənin 2-ci hissəsində göstərilib ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 3-cü hissədə isə hansı işçilərə ödənişli əsas məzuniyyətin 30 təqvim günü müddətində verildiyi göstərilib. Deməli, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müvafiq olaraq Məcəllənin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik”.
Müəllim üçün kompensasiya necə hesablanacaq?
Ekspert hesab edir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan müəllimlərin əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki Əmək Məcəlləsinin müvafiq maddələri ilə (118, 119, 120 və 121) ilə müəyyən edilmiş məzuniyyət onların əsas məzuniyyəti yox, əmək məzuniyyəti hesab edilir: “Tutaq ki, məşqçi müəllimin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür. Onun iş ili 12.12.2023-12.12.2024-cü il tarixidir. 13.12.2024-cü il tarixdə onun əmək müqaviləsinə xitam verilir. Əmək Məcəlləsinin 118-cu maddəsinə əsasən, məşqçi müəllimlərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir. Bu halda ona 30 təqvim günü əsas məzuniyyətə görə kompensasiyanın ödənilməsi qanunvericiliyə uyğundur. Düşünürəm ki, 42 təqvim gününə görə deyil, 30 təqvim gününə görə kompensasiyanın ödənilməsi qanunvericiliyin tələbinə zidd hesab edilməyəcək”.
Rəsmi mövqe
Məsələ ilə bağlı əmək münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi öyrəndik. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) verilən açıqlamaya görə, Əmək Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Məcəllənin 143-cü maddəsinin 1-2-ci hissələrinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir”.
Bu müddəalara əsasən, DƏMX-dən bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən işçi öz arzusu ilə əmək məzuniyyətindən (42, 46, 56 təqvim günü və s.) istifadə edə bilər və məzuniyyətin son günü işçinin işdənçıxma tarixi hesab edilir. Məzuniyyətdən istifadə edilmədiyi halda isə əmək müqaviləsinə xitam verilərkən hər hansı şərt və ya məhdudiyyət qoyulmadan bütün iş illərinin əsas məzuniyyətinə (çalışdığı peşəsi (vəzifəsi) nəzərə alınmaqla 21 və ya 30 təqvim günü) görə pul əvəzinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
Fərqanə ALLAHVERDİQIZI
23:50 / 26 Mart 2025
27-ci günün duası - İmsak və iftar vaxtı
33
23:36 / 26 Mart 2025
Sonsuzluğa səbəb olan maddə tapıldı
33
23:28 / 26 Mart 2025
Vaşinqton Qrenlandiyanı almalıdır-TRAMP
35
20:33 / 26 Mart 2025
Setifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi – Cəza yoxsa şans?
64
20:10 / 26 Mart 2025
Yerin dərinliyində nəhəng şəhər aşkarlandı
64
17:54 / 26 Mart 2025
Uşaqlara ən çox qoyulan adlar
90
14:03 / 26 Mart 2025
Nazir yüksək vəzifə verdi - FOTO
141
13:17 / 26 Mart 2025
Azərbaycanlı kişiyə ərə getdi nikahın saxta olduğu üzə çıxdı
138
10:44 / 26 Mart 2025
Tramp ABŞ seçiciləri üçün yeni öhdəlik tətbiq edib
151
21:32 / 25 Mart 2025
Yeni dünya xəritəsində Ermənistan yoxdur: Fransa yaydı- FOTO
224
21:20 / 25 Mart 2025
Allergiyadan əziyyət çəkənlər bu yolla özlərini qoruya bilərlər — Tanınmış allerqoloqla MÜSAHİBƏ
4217
21:19 / 25 Mart 2025
Sabah bu küçə bağlı olacaq
224
20:13 / 25 Mart 2025
Soltan Qasımov vəzifəsindən azad edilib
1234
20:06 / 25 Mart 2025
MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib
244
14:15 / 25 Mart 2025
Lukaşenko and içib
313
12:20 / 25 Mart 2025
Gürcüstan rəsmiləri Almaniyaya gedə bilməyəcəklər
314
12:20 / 25 Mart 2025
Məhkəmədən 1.4 milyon dollar qazandı
308
12:08 / 25 Mart 2025
Nəfəsin 160 minlik maşını — VİDEO
1096
12:07 / 25 Mart 2025
Makron Macarıstanda Rusiya ilə bağlı açıqlamalarına görə qınayıb
325
11:58 / 25 Mart 2025
Meksikada kütləvi elektrik kəsilməsi qeydə alınıb
342
11:55 / 25 Mart 2025
Braziliyanın sabiq prezidenti Trampa USAİD-ə qarşı fəaliyyətinə görə təşəkkür edib
326
11:52 / 25 Mart 2025
Çexiya Ukraynaya hərbi yardımı dayandıra bilər
319
11:47 / 25 Mart 2025
Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib
320
11:33 / 25 Mart 2025
Mahaçqalada güclü yanğın olub
315
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.