Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1856
12.02.2025, 17:24
"Əqrəb mövsümü" serialında istifadə olunan "vəkildən zaddan işləsin" ifadəsinə görə bir qrupun vəkilin narazılıq etməsi barədə xəbər vermişdik.
Oxu24.com xəbər verir ki, bu mövzuda da vəkillər iki hissəyə bölünüb. Bir qrup vəkil bu ifadənin təhqir olduğunu bildirsə də,bunun əksini düşünənlər də var.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki,yayılan ifadənin ləkəliyici olub, olmaması ekspertiza tərəfindən aydınlaşdırılmalı olan məsələdir.
"Hüquqda “aşağılanması” deyilən anlayış yoxdur. Burada söhbət Vəkillər Kollegiyasının, o cümlədən vəkil peşəsinin daşıyıcıları olan vəkillərin işgüzar nüfuzunun yaxud şərəf və ləyaqətlərinin ləkələnməsindən söz açıla bilər.
Hər hansı bir şəxsin şərəf və ləyaqətinin yaxud işgüzar nüfuzunun ləkələnmiş hesab edilməsi üçün müəyyən hüquqi şərtlər mövcud olmalıdır. İlk növbədə yayılan məlumat (ifadə, söz) ləkləyici olmalıdır və həmin ləkələyici məlumat yayılmalıdır. Yayılan ifadənin ləkəliyici olub- olmaması isə ekspertiza tərəfindən aydınlaşdırılmalı məsələdir. Bu cür vəziyyətdə ləkələyici olması ehtimal edilən ifadə hər bir halda işlədildiyi konteksdə qiymətləndirilməlidir.
Ola bilər ki, serialda aktyorun dilindən səsləndirilən “vəkil” sözünə qoşulmuş “zad” sözü (“vəkildən-zaddan”) vəkil peşəsinin əhəmiyyətsizliyini bildirmək mənasında işlədilmişdir. Təbii ki, vəkilliyə bu cür yanaşma əsassız və haqsızdır. Vəkilliyə digər hüquq peşələri ilə müqayisədə əhəmiyyətsiz peşə kimi yanaşma yalnız ssenari mülləfinin subyektiv yanaşması ola bilər.
Bununla belə hesab edirəm ki, həmin ifadə qanunun nəzərdə tutuduğu mənada ləkələyici əlamətə malik deyildir. Çünki ləkələyici ifadə əxlaqi baxımdan daha çox nalayiq məna kəsb etməli, yönəldiyi şəxsin nüfuzuna, şərəf və ləyaqətinə mühüm ziyan vurmalıdır. Bu kimi subyektiv və əhəmiyyətsiz ifadələr vəkillik peşəsinin nüfuzuna ziyan gətirə bilməz.
Şərəf və ləyaqət, eləcə də işgüzar nüfuzun ləkələnməsi ilə bağlı mübahisə mülki məhkəmə icraatının predmetidir. Lakin hesab edirəm ki, bu vəziyyətdə, yəni serialda vəkillik peşəsinin əhəmiyyətsizliyinə dəlalət edən “zad” sözünün səsləndirilməsi ilə bağlı məhkəmə prosesinə ehtiyac yoxdur. Bununla bağlı lazım bilindiyi halda sadəcə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən müvafiq yayım şirkətinə iradın bildirilməsi daha adekvat hərəkət hesab edilə bilər",-deyə vəkil bildirib.
Miri Məcidli
22:30 / 25 Avqust 2026
9
22:26 / 25 Avqust 2026
42
21:47 / 25 Avqust 2026
45
21:29 / 25 Avqust 2026
56
21:14 / 25 Avqust 2026
58
20:56 / 25 Avqust 2026
65
20:29 / 25 Avqust 2026
78
20:09 / 25 Avqust 2026
67
20:01 / 25 Avqust 2026
78
19:56 / 25 Avqust 2026
69
19:22 / 25 Avqust 2026
66
19:18 / 25 Avqust 2026
72
18:59 / 25 Avqust 2026
79
18:49 / 25 Avqust 2026
78
18:31 / 25 Avqust 2026
66
18:23 / 25 Avqust 2026
83
18:10 / 25 Avqust 2026
67
17:59 / 25 Avqust 2026
81
17:45 / 25 Avqust 2026
82
17:39 / 25 Avqust 2026
94
17:34 / 25 Avqust 2026
79
17:03 / 25 Avqust 2026
113
16:59 / 25 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.