Boşanmada uşağa evdən pay düşürmü?
26 Avqust 2026, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1023
24.01.2025, 15:44
Baş prokurorun müavini Heydər Məmmədov dələduzluqda təqsirli bilinən şəxsə cəza təyin edilərkən qanun pozuntusuna yol verilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Oxu24.com un əldə etdiyi məlumata görə, Heydər Məmmədov tərəfindən verilmiş protest cəza birləşdirmə mexanizmində cinayət qanununun düzgün tətbiq edilməməsi ilə bağlı olub.
Məsələ ondan ibarətdir ki, təqsirləndirilən Əhmədi Pur Elvin İbrahim oğlu əvvəllər bir neçə dəfə dələduzluğa görə məhkum edilib, lakin cəzaçəkmə müddəti bitmədən yenidən eyni xarakterli cinayət törədib.
Sonuncu dəfə o, cəzaçəkmə müəssisəsində tanış olduğu məhkum yoldaşının etibarından sui-istifadə edərək ona guya “əfvə düşməkdə köməklik göstərəcəyini” vəd edib. Bu adla həmin şəxsin 6 min manatını ələ keçirib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Əhmədi Pur Elvinə bu cinayətinə görə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun əvvəlki cinayətinə görə də 7 il 6 ay həbs cəzası var idi.
Məhkəmə indiki cəzanı (2 il 6 ay) daha əvvəlki (7 il 6 ay) cəza ilə qismən birləşdirməklə Əhmədi Pur Elvini ümumilikdə 8 il azadlıqdan məhrum edib. Cəzanın əvvəli isə əvvəlki cinayətinə görə tutulduğu gündən (2021-ci ilin dekabrından) hesablanıb.
Qeyd olunan hökmdə əvvəlki cəza müddətinin nə qədərinin artıq çəkildiyi və yeni cəzanın qəti necə birləşdirilməsi ziddiyyətlər yaranıb. Məhz bu səbəbdən baş prokurorun müavini dövlət ittihamçısının təklifindən və hakimin qərarından narazı qalıb.
Heydər Məmmədov protestində yazır ki, hökmdə təqsirləndirilən şəxsin əvvəlki 7 il 6 ay cəza müddətinin çəkilməmiş hissəsi nəzərə alınmalı, yalnız çəkilməmiş 4 il 7 ay yeni 2 il 6 ay cəza müddəti ilə qismən birləşdirilməli idi. Bundan başqa təyin edilmiş cəzanın başlanğıcı sonuncu hökmün elan edildiyi gündən hesablanmalıdır.
Məhkumun özü də hökmün protestdə deyildiyi kimi dəyişdirilməsinə etiraz etməyib.
Zamin İbrahimovun sədrlik etdiyi apellyasiya instansiyası hakimləri işlə tanış olduqdan sonra baş prokurorun müavininin protestini əsaslı hesab ediblər. Qərara əsasən Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Əhmədi Pur Elvinə bu dəfə 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin cəzanın başlanğıcı sonuncu hökmün çıxarıldığı gündən- 2024-cü ilin 6 noyabrından hesablanıb.
Hökmün dəyişdirilməsi əslində təqsirləndirilən şəxsin cəza müddətinə təsir etməyib. Sadəcə cinayət qanunun norması düzgün tətbiq edilib. Bu hal gələcəkdə hüquq ictimaiyyəti və cinayət prosesi iştirakçıları üçün əhəmiyyətli olacaq.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.