Qaynar xətt:

(+99450) 247 90 86

Kimlər 11 min manatı alacaq?- Ekspertdən vacib şərh

Kimlər 11 min manatı alacaq?- Ekspertdən vacib şərh

HƏRBİ

2594

21.04.2018, 01:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

\"\" Artıq iki gündür ki, ölkə başçısının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətrafında xüsusən sosial media üzərindən qızğın müzakirələr gedir.

Mən də bacardığım qədər bu məsələdə dostlara və tanışlara müəyyən bilgilərin verilməsində iştirak edirəm. Amma, hiss edirəm ki, hələ də bəzi tam aydın olmayan məqamlar var ki, insanlarımızda bununla bağlı bir sıra suallar və, əfsuslar olsun ki, tam dəqiq olmayan rəsmi və qeyri-rəsmi cavablar ya var, ya da yox kimidir.
İcazənizlə əvvəl sizin diqqətinizə bir daha \"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər\" haqqında Azərbaycan Respublikasının Qanunundan bəzi müddəaları ərz edim. Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.
Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.Gördüyünüz kimi, qanunun Şəhid adı anlayışında NƏ HƏRBİ QULLUQÇU, nə də MÜLKİ ŞƏXS kimi dəqiqləşmə yoxdur).  Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: -ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Bəzi dostlar sual edir ki, Fərmanda yalnız hərbi qulluqçu ifadəsi işlədildiyinə görə, bu yalnız hərbi qulluqçu kimi xidmətdə olmuş şəxslərin ailə və doğmalarına aiddir. Doğrusu, bu Fərman imzalana qədər hazırlanarkən hərbi mütəxəssislərə də məsləhət üçün təqdim edilsəydi daha yaxşı olardı. Hesab edirəm ki, bir qədər dəqiqləşməyə ehtiyac var. Əgər şəxs qanunla Şəhid kimi tanınıbsa, istər hərbi qulluqçu olsun, istər polis əməkdaşı, yaxud mülki şəxs, fərq etmir, onun yuxarıda sadalanan ailə üzvləri və ya vərəsələri ölkə başçısının imzaladığı Fərmanın müddəaları ilə həmən 11 (on bir) min manat pulu almalıdırlar və bu tam qanunidir. Ona görə də, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilərkən göstərilən müddətdə bu Fərmanın tələbləri əsasında ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş MÜLKİ Şəxslərə, Polis əməkdaşlarına (ailə üzvlərinə və vərəsələrinə) da birdəfəlik ödəmə edilməlidir. Məncə bu qədər aydın və sadə dildə izah etmək olar bu qərarı.  Allah cəmi Şəhidlərimizi rəhmət eləsin, itkin düşmüş şəxslərin də taleyindən tez bir zamanda xəbər alamalarını ailələrinə, doğma və əzizlərinə nəsib etsin. Hərbi ekspert Üzeyir Cəfərov
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

12:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Qazaxıstan Respublikasının Xarici İşlər naziri arasında görüş keçirilib  

51

0
Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

12:15 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  

59

0
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

12:04 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar 

78

0
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

12:03 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib 

54

0
Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

12:00 / 05 Oktyabr 2026

TİBB TİBB

Rusiyada yoluxucu xəstəlik yayılıb,karantin ELAN EDİLDİ

72

0
Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

11:55 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nobelçi Şoloxovu müalicə edən azərbaycanlı həkim NƏLƏRİ DANIŞDI?

73

0
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

11:50 / 05 Oktyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib 

61

0
Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

11:42 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Xalası oğlu tərəfindən öldürülən Milanın FOTOSU

83

0
Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

11:39 / 05 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Dövlət Xidmətinin 144 əməkdaşının işi prokurorluğa göndərilib 

64

0
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

11:31 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir 

58

0
Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

11:28 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə Rusiya sərhədinə qoşun yığdı

64

0
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

11:22 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır 

69

0