Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
882
az

Yeni “İsgəndər”lərin köhnə tarixi: ABŞ-Rusiya qarşıdurmasında İrəvan boşluğu

16:0420 Aprel, 2018
1368
HƏRBİ
  • A
 İrəvan silah əldə edilməsi istiqamətində rus həmkarları ilə fəaliyyətlərini davam etdirir. Bu barədə Ermənistan müdafiə naziri Vigen Sarkisyan Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik konfransında bildirib.

Əlbəttə, müdafiə nazirlərinin fəaliyyətinin məhz ordunun silahla təmin edilməsindən ibarət olması baxımından, Vigen Sarkisyanın pafoslu çıxışı təəccüblü deyil.

Digər tərəfdən, indiki məqamda problem ciddidir. Ermənistan Qarabağ münaqişəsində məğlubiyyətə düçar olacağını anlayır və alternetivi olmayan yollar axtarır. Rəsmi Moskva isə münaqişə tərəflərini silahla təmin etməklə menecment rolunu oynayır.

Rusiyadan böyük həcmdə silah əldə edən Azərbaycandan fərqli olaraq, Ermənistanın bu cür imkanları yoxdur. Nəticədə, rəsmi İrəvan qüvvələr balansını qorumaq üçün maliyyə və siyasi baxımdan Moskvadan asılılığını daha da artırır.

Prinsipcə, Ermənistanın bölgəmizdə geniş masştablı və böyük insan tələfatlarına səbəb ola biləcək silahları əldə etməsinə imkan verməyəcək beynəlxalq hüquqi-siyasi kontekstin formalaşdırılması istiqamətində siyasət aparmalıdır. Bu səylər istiqamətində bəzi uğurlar əldə edilə bilər.

Belə ki, ABŞ Rusiyanın hərbi sənaye kompleksinə qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda ABŞ Rusiya hərbi sənaye kompleksi müəssisələri ilə iri həcmli əməkdaşlıq edən Ermənistana qarşı da sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. ATƏT-in Minsk qrupunun üç həmsədrinin ikisi BMT Təhlükəsizlik Şurasının üzvüdürlər və bu bölgənin demilitarizasiyasında böyük təsir imkanlarına malikdirlər.

Bir neçə gün öncə Vigen Sarkisyanın "İnterfax"a verdiyi müsahibəsində erməni mediasında əksini tapmayan daha maraqlı məlumatlar yayımlanıb.

"İsgəndər"lərin alınması üçün İrəvanın Rusiyadan üçüncü kredit gözlədiyini təsdiqləməsi üçün "İnterfax" sualını cavablandırarkən Vigen Sarkisyan bildirib ki, biz həmişə tərəfdaşlarımızla, o cümlədən maliyyə alətləri çərçivəsində silahlanmanı təmin etmək imkanı üzrə işləyirik.

Göründüyü kimi, Vigen Sarkisyan jurnalistin sualına dəqiq cavab verməyib. Buna görə də yeni kredit, o cümlədən “İsgəndər” taktiki raket kompleksləri ilə bağlı məsələ qeyri-müəyyən olaraq qalıb.

“İsgəndər” raketləri ictimaiyyətə aprel döyüşlərindən bir neçə ay sonra Ermənistanın müstəqillik gününə həsr edilən hərbi paradda nümayiş etdirilib. İndiyədək Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərinin hansı hüquqi status daşıdığı naməlum olaraq qalır. Ermənistan tərəfinin raket kompleksini müstəqil idarə etmək hüququnun olub-olmaması belə bilinmir. Digər tərəfdən, bu silahın qlobal müharibə üçün nəzərdə tutulduğu və Ermənistan-Azərbaycan müharibəsi üçün də nəzərdə tutulmadığı aydındır. Bütün baş verənlərin fonunda, Moskva 2016-cı ilin sentyabrında aprel döyüşləri nəticəsində Ermənistanda anti-Rusiya çağırışlarını boğmağa çalışırdı.

Moskva bu məsələni həll etdi və məlum oldu ki, ilk növbədə "İsgəndər"lərin təbliğatı Rusiya üçün zəruri olub. Bununla da, Ermənistan Rusiyaya birtərəfli asılılığını daha da artıracaq kreditə layiq görüldü. Nəticədə onu deyə bilərik ki, ayrılacağı iddia edilən üçüncü kreditin veriləcəyi təqdirdə, ABŞ Ermənistanı bağışlamayacaq və sözdə səsləndirdiyi sanksiyaları tətbiq edəcək. Təbii ki, üçbaşlı əjdaha fonunda...

Alpər Mövludoğlu
Yazı Ordu.az-a məxsusdur
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı